Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fuad Sadıqov: Aqrar sığorta fermerlərin məhsulunu və qazancını qoruyacaq

Fuad Sadıqov: Aqrar sığorta fermerlərin məhsulunu və qazancını qoruyacaq

Bakı, 29 iyul, AZƏRTAC

Yaxın aylarda Azərbaycanda kənd təsərrüfatında çalışanlar üçün mühüm yenilik - aqrar sığorta mexanizminin işə düşməsi gözlənilir. Fermerlər bu sığorta vasitəsilə öz məhsullarını - əkin sahələrini və heyvanlarını sığortalaya biləcəklər. AZƏRTAC ölkəmizdə aqrar sığortanın tətbiqi, onun faydaları və digər məsələlərlə Aqrar Sığorta Fondu idarə heyətinin sədri Fuad Sadıqovun müsahibəsini təqdim edir.

- Fuad müəllim, Aqrar Sığorta Fondunun yaradılması ilə bağlı işlərə bir neçə ay əvvəl başlanıb. Fondun fəaliyyətə başlaması ilə bağlı vəziyyət nə yerdədir?

- Bildiyiniz kimi, Aqrar Sığorta Fondu bu ilin fevral ayında dövlət qeydiyyatından keçib və fəaliyyətə başlayıb. Fevraldan indiyədək bu istiqamətdə bir sıra işlər görülüb və biz artıq cari ildən etibarən fermerlərə sığorta xidmətlərini təqdim etməyə başlayırıq. Fermerlər, kənd təsərrüfatında çalışan təsərrüfat sahibləri bu ildən etibarən aqrar sığorta xidmətlərini əldə edə biləcəklər.

- Aqrar sığortanın fermerlərə hansı faydası olacaq?

- Qısa desək, aqrar sığorta fermerlərin və təsərrüfat sahiblərinin məhsullarını və gəlirlərini qoruyacaq. Burada bir məqamı qeyd edim ki, Aqrar Sığorta Fondu kommersiya təşkilatı olmadığından onun işi mənfəət əldə etmək deyil, fermerlərin məhsullarını və qazanclarını qorumaqdır. Bu da imkan verəcək ki, fermerlər bu sahədə uzun müddət və rahat fəaliyyət göstərə bilsinlər.

- Aqrar sığortanın iş prinsipini sadə misalla izah edə bilərsinizmi?

- Əlbəttə, tutaq ki, təsərrüfatını sığortalamış fermer 10 hektarlıq sahədə taxıl əkib və mövsümün sonunda 600 sentner məhsul əldə etməyi gözləyir. Həmin müddət ərzində bu ərazidə hər hansı təbii fəlakət, məsələn subasma, yanğın və ya digər hadisə baş verir və fermer 3 hektar sahədə məhsulunu itirir. Nəticədə bu sahədən artıq gözlənildiyi kimi, 600 sentner deyil, tutaq ki, 420 sentner məhsul əldə ediləcək. Yəni fermer 180 sentner məhsulu itirir. Fondumuzun da məqsədi odur ki, fermerin qarşılaşdığı itkiləri qarşılasın, onun əvəzini fermerə ödəsin. Yəni sözügedən misalda fond itirilən 180 sentner taxılın dəyərini bazar qiyməti nəzərə alınmaqla fermerə ödəyəcək.

- Heyvandarlıqda da aqrar sığorta eyni prinsiplə işləyəcək?

- Demək olar ki, eyni prinsipdir. Ola bilər hər hansı fermer təsərrüfatında yoluxucu xəstəliklərdən və ya ilan sancmasından bir sıra heyvanlar tələf olsun. Nəticədə fermerin yatırdığı investisiyalar bata bilər. Bu halda da fond həmin itkiləri qarşılamağa hazır olacaq.

- Azərbaycanda indiyədək özəl şirkətlər tərəfindən aqrar sığorta xidmətləri göstərilib. Aqrar Sığorta Fondunun təklif etdiyi xidmət onlardan nə ilə fərqlənəcək?

- Doğrudan da, indiyədək Azərbaycanda bu xidmət özəl sığorta şirkətləri tərəfindən həyata keçirilirdi. Özəl şirkətlər kommersiya prinsipi ilə işlədiyinə görə, bəzi hallarda zərərli hesab etdikləri bizneslərin sığortalanmasından ümumiyyətdə imtina edirdilər. Aqrar Sığorta Fondu isə qeyri-kommersiya prinsipi ilə işlədiyinə görə, əsas məqsəd pul qazanmaq deyil, fermerlərin itkilərini qarşılamaqdır. Digər mühüm məqam ondan ibarətdir ki, Aqrar Sığorta Fondu ilə sığortalanan zaman dövlət aqrar sığorta haqlarına 50 faiz yardım edəcək. Yəni fermer sığorta haqqının yarısını ödəməyəcək, həmin hissəni dövlət ödəyəcək. Məsələn, sığorta haqqı 100 manatdırsa, onun 50 manatını dövlət, qalan 50 manatını isə fermer hissə-hissə sığorta ili ərzində ödəyəcək. Yəni hətta sığorta haqqının yarı hissəsini ödəmək belə, fermerlər üçün əlavə yük olmayacaq.

- Aqrar sığorta fermerləri hansı risklərdən sığortalayacaq?

- Nəzərinizə çatdırım ki, aqrar sığorta üzrə təminat verilən risklərin tərkibi Nazirlər Kabinetinin 2019-cu il 27 dekabr tarixli Qərarı ilə təsdiqlənib. Həmin Qərara əsasən, aqrar sığorta fermerləri və təsərrüfat sahiblərini təbii fəlakətlərdən, yəni zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, dolu, eləcə də yanğınlar, bitki xəstəlikləri və zərərvericiləriin təsirindən, yoluxucu xəstəlik və zəhərlənmələrdən, vəhşi heyvanların hücumu nəticəsində ölümdən və üçüncü şəxslərin hərəkətlərindən sığortalayır. Aqrar sığorta xidməti fermerləri sığorta müqaviləsində göstərilən bütün risklərdən sığortalayacaq.

- Aqrar sığorta vasitəsilə hansı bitkiləri və heyvanları sığortalamaq mümkün olacaq?

- Aqrar sığortanın əhatə etdiyi bitki və heyvanların siyahısı da Nazirlər Kabinetinin “Aqrar sığorta predmetinin Tərkibi”nin təsdiq edilməsi haqqında Qərarı ilə təsdiqlənib. Həmin qərara əsasən, bitkiçilik sahəsində buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, limon, naringi, çay, tütün, çəltik, üzüm, fındıq, pambıq sığorta olunur. Göründüyü kimi aqrar sığorta ilkin mərhələdə bütün əsas bitkiləri əhatə edir, bu bitkilər ölkədəki ümumi əkin sahəsinin 84 faizini təşkil edir. Heyvandarlıq sahəsində isə məhsuldarlıq və istehsal göstəricilərinin yüksəldilməsi məqsədilə 1 yaşdan 7 yaşadək südlük inəklər və camışlar aqrar sığortanın əhatə dairəsinə daxildir. Eləcə də akvakulturanın inkişafını stimullaşdırmaq, balıq məhsulları ilə təminatda yerli istehsalın xüsusi çəkisini artırmaq məqsədilə ilkin mərhələdə balıqların sığortası təmin ediləcək. Qeyd edim ki, aqrar sığorta inkişaf etdikcə, növbəti mərhələlərdə həm sığorta predmetlərinin, həm də sığorta risklərinin siyahısı genişləndiriləcək.

- Aqrar sığorta yalnız məhv olmuş əkinlərin və ya heyvanların dəyərini qarşılayacaq, yoxsa zərərin qarşısını almaq üçün başqa üsullar da tətbiq olunacaq?

- Aqrar sığorta fermerlərin zərərlərini müxtəlif formada qarşılayacaq. Məsələn, hər hansı fermer öz sahəsində əkin işi aparır. Amma erkən inkişaf dövründə, yəni məhsul hələ yetişmədən, burada təbii fəlakət, məsələn, subasma baş verir və ya dolu düşür, əkin məhv olur. Nəticədə fermer gözlədiyi gəlirindən məhrum olur. Əgər bu fermerin aqrar sığorta müqaviləsi varsa və əkin mövsümü hələ bitməyibsə, fond tərəfindən onun əkin xərcləri qarşılanacaq ki, o öz məhsulunu yenidən əksin və zərərə düşmədən işinə davam etsin.

- Fermerlər aqrar sığortanı necə əldə edəcəklər, bunun üçün haraya müraciət etmək lazım olacaq?

- Fermerlər və təsərrüfat sahibləri yaşadıqları və ya fəaliyyət göstərdikləri ərazilərdə Aqrar Sığorta Fondunun üzvü olan sığorta şirkətlərinə müraciət edərək bu xidmətləri əldə edə biləcəklər. Hazırda Azərbaycanda fəaliyyət göstərən 8 sığorta şirkəti ilə razılıq əldə edilib. Bunlar sığorta bazarının əsas iştirakçıları olan şirkətlərdir, onların rayonlarda və bölgələrdə filial şəbəkələri var. Onlara yaxınlaşıb müraciət etməklə aqrar sığorta əldə etmək mümkün olacaq.

- Aqrar sığortada ödənişin məbləği necə müəyyən olunacaq?

- Bu məbləğ sığorta müqaviləsi ilə əvvəlcədən bəyan olunacaq. Məsələn, fermerin bir hektar ərazisi var, buradan 50 sentner məhsul gözləyir. Gözlənilən məhsulun dəyəri orta bazar qiyməti nəzərə alınmaqla hesablanacaq və həmin məbləğ müqavilədə əks olunacaq. Hadisə də baş verəndə həmin rəqəm ətrafında əməliyyat aparılacaq. Eləcə də, məsələn, sığortalanan heyvanın qiyməti 5 min manatdırsa, o həmin qiymətə sığortalanır və hər hansı hadisə baş verərsə, ödəniş edilir.

- Aqrar sığorta tarifləri bütün əkin sahələri üçün eyni olacaq, yoxsa əkin sahələrinin növündən və ya yerləşdiyi ərazidən asılı olaraq dəyişəcək?

- Ölkədə əkin ərazilərinin yerləşdiyi coğrafi və iqlim vəziyyətindən asılı olaraq, sığorta tarifləri də dəyişəcək. Yəni, məsələn, dağ və ya dağətəyi rayonlarda dolu riski Aran rayonlarına nisbətən daha yüksək olduğundan, qiymətlər də buna uyğun olaraq fərqlənəcək. Nəticədə fermerlər əziyyət çəkmədiyi, üzləşmədiyi risklərə görə əlavə xərcə düşməyəcəklər. Digər istiqamətlərdə də eyni yanaşma olacaq.

- Aqrar sığortanı onlayn almaq mümkün olacaqmı, yoxsa hökmən sığorta şirkətinin ofisinə gəlmək lazımdır?

- Ötən həftə Baş Nazir tərəfindən Aqrar Sığorta İnformasiya Sisteminin əsasnaməsi təsdiqlənib. Bu sistemin köməyi ilə aqrar sığorta ilə bağlı bütün bu işlər kağız daşıyıcıları və üzbəüz görüşlərdə deyil, onlayn şəkildə - Aqrar Sığorta İnformasiya Sisteminin üzərindən həyata keçiriləcək. Elektron Kənd Təsərrüfatı Sistemində qeydiyyatdan keçərək əkinlərini bəyan edən fermerlər Aqrar Sığorta Fonduna onlayn şəkildə, ya da sığorta vasitəçiləri üzərindən müraciət edə bilər. Fond həmin müraciəti qiymətləndirəcək və elektron şəkildə sığorta müqaviləsi bağlanacaq.

Yəni aqrar sığorta müqaviləsi bağlamaq üçün fermerin rayondan Bakıya gəlməsinə ehtiyac qalmayacaq. Hadisə baş verəcəyi təqdirdə, sığorta ödənişi zamanı da eyni proses baş verəcək. Fermer sığorta şirkətinə ilkin müraciət edəcək, həmin sənədlər fonda daxil olacaq, biz həmin sənədləri emal edib, fermerlərə köçürmə yolu ilə ödəniş edəcəyik.

- Aqrar sığortanın işə düşməsi fermerlərə başqa hansı üstünlüklər gətirəcək?

- Aqrar sığorta sisteminin işə düşməsi fermerlərin məhsullarını və qazanclarını qorumaqla yanaşı, ümumilikdə, aqrar sahənin risklərini də azaldacaq. Nəticədə bu sahəyə investisiya və kreditlər cəlb etmək daha da asanlaşacaq. Fermerlərin himayəsi güclənəcək, onlar daha sabit və etibarlı mühitdə fəaliyyət göstərəcək, istehsallarını inamla genişləndirə biləcəklər. Eləcə də, kənd təsərrüfatında risklər azaldığına görə fermerlərin maliyyəyə çıxışı, yəni kredit götürmək imkanları artacaq. Bu da son nəticədə aqrar sahənin güclənməsinə və ərzaq təhlükəsizliyinə töhfə verəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib