Futbol üzrə Cənubi Koreya millisinin baş məşqçisi ölümlə hədələnir
Bakı, 29 iyun, AZƏRTAC
Cənubi Koreya millisinin baş məşqçisi Hon Myon Bo dünya çempionatında komandanın qrup mərhələsində mübarizəni dayandırmasından sonra ölüm təhdidləri almağa başlayıb.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçilərindən biri özünü ABŞ vətəndaşı kimi təqdim edərək mütəxəssisi hədələyib. Həmin şəxs Cənubi Koreyaya qayıtdıqdan sonra baş məşqçini hava limanında öldürmək niyyətində olduğunu yazıb.
Məlumata görə, Cənubi Koreya polisi ölüm təhdidləri ilə bağlı araşdırmaya başlayıb. Hüquq-mühafizə orqanları Hon Myon Bonun olacağı bir neçə məkanda, o cümlədən hava limanında təhlükəsizlik tədbirlərini gücləndirib. Təhdidi səsləndirən şəxsin axtarışları davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]
Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək
- 30.09.2026 [17:00]
Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq
- 30.09.2026 [15:54]