FUTBOL ÜZRƏ MİLLİ YIĞMA KOMANDASININ ÜZVLƏRİ MƏKTƏBLİLƏRİN QONAĞI OLMUŞLAR
AFFA-nın ölkəmizin şimal bölgəsindəki nümayəndəsi, əməkdar məşqçi Yaşar Şamilov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Avropa çempionatı ərəfəsində Sumqayıtda məşq edən futbol üzrə milli yığma komandamız noyabrın 14-də Sumqayıtdakı 6 nömrəli orta məktəbin şagirdlərinin qonağı olmuşdur. İçərisində milli yığma futbol komandasının tam heyəti olan avtobus Cəbrayıl rayonundan olan məcburi köçkünlərin uşaqlarının təhsil aldığı bu məktəbin həyətinə girəndə şagirdlərin sevincinin həddi-hüdudu yox idi.
Görüş böyük bayrama çevrildi. Milli yığmanın oyunçuları yeniyetmələrə müxtəlif idman ləvazimatı hədiyyə etdilər. Sonra yoldaşlıq oyunu keçirildi. Ölkəmizin yığma komandası ilə Cəbrayıl, Qubadlı və Füzuli rayonlarının 1992-1993-cü illər təvəllüdlü gənclərdən ibarət yığma komanda arasında cəmi 20 dəqiqə davam etmiş görüş azarkeşlərin böyük marağına səbəb olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]
Azərbaycan Kubokunda yeni mövsümə start verilir
- 07.10.2026 [10:13]
Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır
- 07.10.2026 [09:49]