Füzuli rayonunun energetika təsərrüfatının normal fəaliyyəti üçün zəruri tədbirlər görülür
Bakı, 7 may (AZƏRTAC). Cəbhəyanı bölgələrdə enerji təchizatının dayanıqlığının daha da möhkəmləndirilməsi diqqət mərkəzindədir. Füzuli rayonunun energetika təsərrüfatının normal fəaliyyəti üçün zəruri tədbirlər görülür.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, martda şəbəkə üzrə elektrik enerjisi sərfiyyatı 15,1 milyon kilovat-saata yaxın olmuşdur. İstismarla əlaqədar bu dövrdə 0,4 kilovoltluq (kV) şəbəkələrdə 50-dən çox dayaq dəyişdirilmişdir. Həmçinin yeni tikilən evlərin və obyektlərin enerji təchizatını təmin etmək üçün xətlər çəkilmiş və sayğaclaşdırma aparılmışdır.
Hazırda rayonda inşa olunan 25 meqavatlıq su elektrik stansiyasında istehsal ediləcək elektrik enerjisinin gələcəkdə normal səviyyədə ötürülməsini təmin etmək üçün 110 kV-luq “Böyük Haramı” yarımstansiyasında genişləndirmə tədbirləri görülür. Paralel olaraq, 35 kilovoltluq yarımstansiyalarda da cari və əsaslı təmir işləri aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [17:58]
Analitiklər beynəlxalq bazarlarda dizel böhranı barədə xəbərdarlıq edirlər
- 09.09.2026 [17:27]
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
- 09.09.2026 [16:36]
Azərbaycanla Dünya Bankının yeni layihə təşəbbüsləri nəzərdən keçirilib
- 09.09.2026 [15:54]