Gədəbəydə polislər sakinlərə maska paylayıb
Bakı, 25 mart, AZƏRTAC
Gədəbəydə polislər sakinlərə maska paylayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, karantin rejiminin qaydalarına riayət etmək məqsədilə Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində insanların sıx toplaşdığı yerlərdə sosial məsafənin təmin olunmasına nəzarət edir.
Polis əməkdaşları sakinlərə sanitar-karantin rejiminin tələblərini izah edib, ara məsafələrin qorunmasını xatırladıb və onlara tibbi maska paylayıblar.