“Gələcək nəsillərlə üz-üzə” IV ümumrespublika inşa müsabiqəsinə başlanır
Bakı, 8 aprel (AZƏRTAC). Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Minilliyin Layihəsinin Azərbaycan Bölməsi - Azərbaycan Futuroloqlar Cəmiyyətinin birgə layihəsi olan orta məktəblərin IX-XI sinif şagirdləri və universitet tələbələri arasında “Gələcək nəsillərlə üz-üzə” IV ümumrespublika inşa müsabiqəsinə başlanır.
Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, müsabiqənin məqsədi qloballaşma şəraitində inkişaf edən Azərbaycan gənclərinin dünyada baş verən müxtəlif proseslərin bir-birilə əlaqəli olduğunu və bunun onların gələcəyinə təsir edəcəyini başa düşməsidir. Eyni zamanda, dünyada baş verən siyasi, iqtisadi, demoqrafik, ekoloji, texnoloji və digər dəyişiklərin doğurduğu yeni həyat qanunlarına uyğunlaşmalı olduğunu anlaması da əsas şərtdir.
Qeyd edək ki, hər il IX-XI sinif şagirdləri arasında keçirilən “inşa” müsabiqəsində bu ildən universitet tələbələri də iştirak edə bilərlər.
İnşa yazılar mayın 25-dək Azərbaycan Futuroloqlar Cəmiyyətinə təqdim edilməlidir. Ümumrespublika müsabiqəsinin qalibləri beynəlxalq müsabiqədə iştirak etmək imkanı qazanacaqlar. Əlavə məlumatlar müsabiqənin rəsmi internet saytında www.galacaknasillar.az yerləşdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]