Gələn il keçiriləcək buraxılış imtahanlarının tarixləri açıqlanıb
Bakı, 27 dekabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi və tam orta təhsil səviyyəsi üzrə 2024-cü ildə keçiriləcək buraxılış imtahanlarının tarixləri açıqlanıb.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan qrafiki Elm və Təhsil Nazirliyi ilə razılaşdırılıb. İmtahan cədvəli ilə DİM-in saytında tanış olmaq mümkündür.
İmtahan iştirakçılarının nəzərinə çatdırılır ki, ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramları tədris ilinin əvvəlində - sentyabr ayında ictimaiyyətə təqdim olunub və DİM-in saytına yerləşdirilib. Buraxılış imtahanı proqramları yaxın vaxtlarda “Abituriyent” jurnalının xüsusi buraxılışlarında da dərc olunacaq.
Qeyd edək ki, imtahandan 1 ay öncə zonalara aid olan şəhər və rayonlar haqqında məlumat paylaşılacaq.
Ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları modelində dəyişiklik yoxdur və 2024-cü ildə builki imtahan modeli tətbiq olunacaq.
DİM tərəfindən keçiriləcək digər imtahanların qrafiki 2024-cü ilin yanvar ayı ərzində paylaşılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:44]
Qərbi Azərbaycanda tarixi abidələrimiz -Şadıvəng
- 08.10.2026 [12:20]