GƏLƏN İL “ŞAHDƏNİZ” LAYİHƏSİNDƏ ƏSAS MƏRHƏLƏ OLACAQDIR
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, 2006-cı ildə “Şahdəniz” layihəsinin 1-ci mərhələsində dördüncü öncəqazma quyusu tamamlanacaq, digər qiymətləndirmə quyusu qazılacaq, sualtı boru kəmərləri çəkiləcək, TPG-500 platformasının quruda və dənizdə istismar sınaqları başa çatdırılacaqdır.
Eyni zamanda Səngəçal terminalında Şahdəniz hissəsi tamamlanacaq, Cənubi Qafqaz Boru Kəmərinin istismar sınaqlarına başlanılacaq və o, ilk qazı qəbul etməyə hazır olacaq, BOTAŞ, GBNK və “Azəriqaz” qaz təhvili obyektlərinin birləşdirilmə işləri başa çatdırılacaqdır.