“Gəncə” voleybol klubu ilk oyununda “Murov”a məğlub olub
Gəncə, 21 noyabr, AZƏRTAC
Qadın voleybolçulardan ibarət “Gəncə” voleybol klubu Azərbaycan Yüksək Liqasının 2023-2024-cü mövsümündə debüt edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, komanda ilk oyununda bu gün Gəncə Olimpiya İdman Kompleksində "Murov" komandası ilə qarşılaşıb. Qarşılaşmadan əvvəl konsert proqramı təşkil olunub.
“Murov” komandası “Gəncə” voleybol klubundan hər üç setin üçündə də üstün olub (25:18, 25:17, 25:18).
Qeyd edək ki, "Gəncə Voleybol Klubu" Azərbaycan Yüksək Liqasında çıxış edən yeganə bölgə təmsilçisidir.