Gəncədə ictimai nəqliyyat vasitələri və xidməti avtomobillər mütəmadi dezinfeksiya olunur
Gəncə, 13 aprel, Rauf Hacıyev, AZƏRTAC
Gəncədə ictimai nəqliyyat vasitələri və xidməti avtomobillər mütəmadi dezinfeksiya olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dezinfeskiya işləri Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Nəqliyyat və Sərnişindaşıma İdarəsinin təşkilatçılığı ilə Gigiyena və Epidemiologiya Mərkəzinin və Mənzil Kommunal Təssərüfat İstehsalat Birliyinin əməkdaşları tərəfindən aparılır.
Dezinfeksiya işləri şəhərdə fəaliyyət göstərən ictimai nəqliyyat vasitələri ilə yanaşı, Gəncə Şəhər Baş Polis İdarəsinin xidməti maşınlarında və Mənzil Kommunal Təsərrüfatı İstismar Birliyinin avtomobillərində də həyata keçirilib. Avtomobillərin təkərlərinə, ön və arxa oturacaqlarına, habelə döşəmə və pəncərələrinə xüsusi dezinfeksiyaedici məhlul çilənərək, təmizlənib. Eyni zamanda, həmin nəqliyyat vasitələrinin qarajları da dezinfeksiya olunub.
Qeyd edək ki, qrafikə uyğun aparılan bu cür dezinfeksiya işləri və digər tədbirlər Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilir.