Gəncədə savat idman növü üzrə açıq şəhər birinciliyi keçirilib
Bakı, 6 may, AZƏRTAC
Gəncədə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş savat (fransız boks) idman növü üzrə açıq şəhər birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışda Tovuz, Ağstafa, Şəmkir, Gəncə və Naftalan komandaları birincilik uğrunda mübarizə aparıblar.
Qaliblər diplom və medallarla mükafatlandırılıblar.