Gəncədə tələbələr 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq ekoloji aksiya keçirmişlər
Gəncə, 16 yanvar (AZƏRTAC). Gəncə Dövlət Universitetinin tələbələri 20 Yanvar faciəsinin 24-cü ildönümü münasibətilə ekoloji aksiya keçirmişlər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tələbələr 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar.
Universitetin akt zalında təşkil olunmuş anım mərasimində çıxış edənlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının törətdikləri qırğından danışmışlar.
Sonra tələbələr Gəncə çayının şəhərdən keçən hissəsinə gələrək çayın yatağında təmizlik işləri aparmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]