Gəncənin Hacıkənd qəsəbəsində tənha yaşayanlara və qayğıya ehtiyacı olanlara ərzaq yardımı paylanılıb
Gəncə, 13 aprel, Rauf Hacıyev, AZƏRTAC
Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərov seçildiyi 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsində yaşayan tənha, ahıl, qayğıya ehtiyacı olan insanların evlərinə baş çəkib, onlara müxtəlif ərzaq məhsullarından, gigiyenik vasitələrdən ibarət yardım edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Milli Məclisin deputatının bu təşəbbüsünə Gəncədə yaşayan fərdi şəxslər və iş adamları da qoşulub.
Belə ki, 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsinin ərazisi hesab edilən Hacıkənd qəsəbəsində yaşayan ailələrə yardımlar çatdırılıb.
Qeyd edək ki, Hacıkənd qəsəbəsi Gəncədən 20 kilometr məsafədə dağlıq ərazidə yerləşir və orada 50-ə yaxın ailə yaşayır.