GƏNCLƏR HƏRBİ XİDMƏTƏ HƏVƏSLƏ GEDİRLƏR
Rayonun hərbi komissarı, polkovnik-leytenant Mirsalam Əliyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, gənclər hərbi xidmətə təntənə ilə yola salınırlar. Bu mərasimlərdə rayonun ağsaqqalları, müharibə və əmək veteranları, ziyalılar, valideynlər iştirak edirlər. Onlar hərbi xidmətə yola düşən gənclərə müstəqil Azərbaycan ordusunda xidmət etməyin şərəfli və müqəddəs vəzifə olduğunu bildirmiş, düşmən tapdağı altında olan torpaqlarımızı azad etmək üçün hərbi sirlərə mükəmməl yiyələnməyi tövsiyə etmişlər.
Hərbi xidmətə yola salınan gənclər torpaqlarımızın azad edilməsində Ali Baş Komandan İlham Əliyevin əmrinə həmişə hazır olacaqlarına söz vermişlər.