GƏNCLƏR VƏ İDMAN NAZİRİ BOLQARISTAN PARLAMENT KOALİSİYASININ ÜZVÜ İLƏ GÖRÜŞMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, noyabrın 13-də Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Bolqarıstan Parlament Koalisiyasının üzvü, Yevgeniya Jivkova ilə görüşmüşdür.
A.Rəhimov Azərbaycanda gənclər siyasəti sahəsində görülən işlərdən, ölkəmizin bu sahədə qazandığı nailiyyətlərdən danışmışdır.
Nazir demişdir ki, 2002-ci ildə gənclərlə bağlı qanun qəbul olunduqdan sonra ölkəmizdə bu sahədə böyük uğurlar əldə edilmişdir.
Nazir bu sahədə görülən işlərin uğurlu nəticəsi kimi bu yaxınlarda Bakıda qeyri-hökumət gənclər təşkilatlarının sərgisinin keçirildiyini, habelə paytaxtımızın MDB və Baltikyanı ölkələrin gənc liderlərinin forumunu təşkil etdiyini söyləmişdir.
Yevgeniya Jivkova Azərbaycanda bu sahədə görülən işlərdən məmnunluğunu bildirərək, qarşılıqlı əməkdaşlığın faydasını vurğulamışdır. Ö, ölkəsinin gənclər və idman sahəsində Azərbaycanla daha sıx əməkdaşlıq etməkdə maraqlı olduğunu diqqətə çatdırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]
Azərbaycan Kubokunda yeni mövsümə start verilir
- 07.10.2026 [10:13]
Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır
- 07.10.2026 [09:49]