GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİNDƏ GÖRÜŞ
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iyunun 27-də nazir Azad Rəhimov ölkəmizdə səfərdə olan Bolqarıstanın Gənclər və İdman Dövlət Agentliyinin nümayəndələri ilə görüşmüşdür.
Nazir son illər Azərbaycanda idmanın inkişafı istiqamətində görülmüş işlərdən və həyata keçirilən layihələrdən söz açmışdır. O, Bolqarıstanla ölkəmiz arasında gənclər və idman sahəsində bu günə kimi görülən işlərdən, ötən ildə Sofiyada təşkil edilmiş “Regional, milli, yerli və Avropa səviyyəsində gənclər siyasətinin həyata keçirilməsi və inkişaf etdirilməsi” layihəsində Azərbaycan gənclərinin iştirakından söz açmışdır.
Görüşdə təhsil sahəsində də çox sıx əlaqələrin yaradılması zərurəti xüsusi vurğulanmışdır.
Bolqarıstanın Gənclər və İdman Dövlət Agentliyinin sədr müavini Mixail Balabanov ölkələrimiz arasında inkişaf etməkdə olan əlaqələri çox yüksək qiymətləndirmişdir.
Qonaq Bolqarıstanda bu gün həyata keçirilən gənclər siyasəti, qeyri-hökumət təşkilatları barədə ətraflı məlumat vermişdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]
“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb
- 11.06.2026 [16:28]
UNEC voleybol klubunun yeni baş məşqçisi bəlli olub
- 11.06.2026 [15:58]
Azərbaycan Badminton Federasiyası Ruandaya idman ləvazimatları göndərib
- 11.06.2026 [15:48]