Gənclər və yeniyetmələr arasında güləş üzrə Azərbaycan çempionatı keçiriləcək
Bakı, 25 mart, AZƏRTAC
Bakı İdman Sarayı növbəti dəfə güləş üzrə Azərbaycan çempionatına ev sahibliyi edəcək. Belə ki, martın 28-dən 30-dək gənclər, aprelin 1-dən 4-dək isə yeniyetmələr arasında ölkə birinciliyi bu arenada keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birgə keçirəcəyi çempionatı beynəlxalq və milli dərəcəli hakimlərimiz idarə edəcəklər. Yeddi gün davam edəcək yarışlarda medal qazanacaq idmançılar sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımıza cəlb ediləcəklər.
Görüşlər hər gün saat 10:30-da başlayacaq. U-20 (gənclər) Azərbaycan çempionatının açılış mərasimi martın 28-də, U-17 (yeniyetmələr) Azərbaycan çempionatının analoji tədbiri isə aprelin 1-də keçiriləcək. Hər iki açılış mərasimi 16:00-da başlayacaq.
Arenaya giriş sərbəst olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]
Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]
Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək
- 28.09.2026 [12:39]
Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb
- 28.09.2026 [12:26]
Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var
- 28.09.2026 [12:18]