“Gilavar Foto Klubu”nun sədri: Avropanın 4 ölkəsində mina qurbanları ilə bağlı fotosərgilər keçirdik
Xankəndi, 20 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
“Gilavar Foto Klubu” İctimai Birliyi bu il sentyabrın 26-dan oktyabrın 4-nədək Avropanın 4 ölkəsində, 5 şəhərdə silsilə tədbirlər keçirdi. Bu, “Azərbaycan mina qurbanları” mövzusunda fotosərgilər idi. Biz qısa müddətdə sərgi keçirməklə yanaşı, təcrübə də qazandıq. Bugünkü forumda da öz təcrübəmizi bölüşürük.
Bunu Xankəndi şəhərində keçirilən Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunda AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində “Gilavar Foto Klubu” İctimai Birliyinin sədri Rəşad Mehdiyev deyib.
“Açıq hava şəraitində nümayiş olunan sərgilərdə daha çox insan iştirak edirdi. Belə layihələr Azərbaycan həqiqətlərini dünyaya daha dolğun çatdırmaq üçün mühüm vasitədir”, - deyə Rəşad Mehdiyev bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [18:34]
Şahbuzda yol qəzası olub, 1 nəfər ölüb
- 10.08.2026 [16:05]
Göyçayda virus aşkarlanan meyvə bağlarında mübarizə tədbirləri görülüb
- 10.08.2026 [15:48]
Naxçıvanda vergi daxilolmaları 3,8 faiz artıb
- 10.08.2026 [14:59]