GİMATOVA VƏ ŞAMİLOVA KAZANDA KEÇİRİLƏN TURNİRİN GÜMÜŞ MÜKAFATÇILARIDIR
Azərbaycan gimnastları Dinara Gimatova və Leyla Şamilova Kazanda keçirilən beynəlxalq turnirdə gümüş medala layiq görülmüşlər. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 2007-ci il Avropa və dünya çempionatlarının bürünc mükafatçısı Dinara Gimatova şəxsi çoxnövçülükdə 71.575 bal toplamışdır.
D.Gimatova Azərbaycan Gimnastika Federasiyasının nümayəndəsinə müsahibəsində bildirmişdir ki, bu çox gərgin və gözəl təşkil olunmuş turnir idi. Kazanda gimnastika idmanın sevilən və başadüşülən növlərindəndir. Burada çıxış etmək, xüsusilə də Rusiya idmançıları ilə yanaşı qaliblər sırasında olmaq həmişə xoşdur. Komandamız üçün ikinci gümüş medal qazanmış Leylanı da təbrik edirəm”
Leyla Şamilova yekun reytinqində Latviya gimnastından sonra ikinci olmuşdur.
Digər üç gimnastımızın çıxışlarına gəldikdə isə, Cənnət Məmmədova və Aişə Mustafayeva müvafiq olaraq 8-ci və 9-cu yerləri tutmuşlar. Nərgiz Əliyeva isə 13-cü olmuşdur.
Noyabrın 16-18-də Avstriyanın İnsburk şəhərində Qran-pri turnirinin final yarışması və yeniyetmələr arasında beynəlxalq turnir keçiriləcəkdir.
Qran-pri uğrunda digər adlı-sanlı gimnastlarla birlikdə 2007-ci ilin Avropa və dünya birinciliklərinin bürünc mükafatçısı Aliyə Qurbanova, yeniyetmələrin turnirində isə Nigar Mirzəyeva mübarizə aparacaqlar.
Belçikanın Gente şəhərində “Happy Cup-2007” turniri keçiriləcəkdir. Həmin yarışa 2007-ci il dünya çempionatının bürünc mükafatçısı Zeynəb Cavadlı, habelə yeniyetmələr Nigar Abdusəlimova və Yekaterina Prokopenko gedəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]
Azərbaycan Kubokunda yeni mövsümə start verilir
- 07.10.2026 [10:13]
Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır
- 07.10.2026 [09:49]