“Golden Apricot” beynəlxalq turnirinin qalibi müəyyənləşib
Bakı, 31 avqust, AZƏRTAC
Türkiyənin şərqindəki Malatya şəhərində “Golden Apricot” adlı ənənəvi şahmat turniri başa çatıb.
AZƏRTAC xəbər verir ki, 9 mümkün xaldan 7 xal toplayan belaruslu qrossmeyster Andrey Jiqalko sayca beşinci turnirin qalibi olub. Ukraynalı Yuri Solodovniçenko, moldovalı Vladimir Xamitseviç və türkiyəli Mert Yılmazyerli də eynən bu qədər xal toplayıblar.
Yeddi şahmatçı, o cümlədən Azərbaycan şahmatçıları - beynəlxalq usta Nail Bəşirli və qrossmeyster Zaur Məmmədov onlardan yarım xal geri qalıblar. Səkkiz şahmatçının, o cümlədən Azərbaycanın daha bir nümayəndəsi Talıb Babayevin hər birinin aktivində 6 xal var.
“Golden Apricot” turnirində 10-dan çox ölkədən 108 şahmatçı iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]
Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]
Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək
- 28.09.2026 [12:39]
Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb
- 28.09.2026 [12:26]
Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var
- 28.09.2026 [12:18]