GÖMRÜK POSTLARINDA STASİONAR QURĞULAR QURAŞDIRILIR
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik Azərbaycanda bir neçə gömrükxananı müasir avadanlıqla təchiz etmişdir.
Bakı Baş Gömrük İdarəsinin “Bərə-keçidi” məntəqəsində, Astara gömrükxanasında stasionar qurğular istifadəyə verilmişdir. Bundan əlavə, Tovuzun “Sınıq körpü”, Balakənin “Mazımçay” gömrük məntəqələri də müasir sistemlərlə təmin olunacaqdır.