Goranboyda gizli nişan mərasimi keçirmək istəyən şəxslər saxlanılıb
Bakı, 31 mart, AZƏRTAC
Goranboyda gizli nişan mərasimi keçirmək istəyən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Goranboy Rayon Polis Şöbəsinə rayonun Qızılhacılı kəndi ərazisindəki fərdi yaşayış evlərinin birində nişan mərasimi keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, saxlanılan 9 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib olunaraq cərimə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]