“Görkəmli adamların həyatı” seriyasından “Heydər Əliyev” kitabı Çin dilində çapdan çıxmışdır
Pekin, 6 noyabr (AZƏRTAC). Yazıçı Hüseynbala Mirələmovun və Viktor Andriyanovun “Görkəmli adamların həyatı” seriyasından “Heydər Əliyev” kitabı Çin dilində çapdan çıxmışdır.
Azərbaycanın Çindəki səfirliyinin təşəbbüsü ilə həyata keçirilmiş bu layihə Çin ictimaiyyətini görkəmli dövlət xadimi Heydər Əliyev haqqında daha geniş məlumatlandırmaq, çinli oxucuları ulu öndərin siyasi fəaliyyəti ilə yaxından tanış etmək məqsədi daşıyır.
Səfirliyin ulu öndər Heydər Əliyevin 90 illik yubiley tədbirləri çərçivəsində Çin dilinə tərcümə olunmuş kitabın nüsxələri Çinin elmi-tədqiqat institutlarına, kitabxanalara, strateji araşdırmaq mərkəzlərinə, nüfuzlu ali təhsil ocaqlarına göndəriləcəkdir.
Kitabın Çin dilində olan nəşrinə Azərbaycanın Pekindəki səfiri Lətif Qəndilov və Çinin Beynəlxalq Məsələlər üzrə Araşdırma Fondunun sədri, Çin xarici işlər nazirinin sabiq müavini Gan Dequan ön söz yazmışlar.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]