Görkəmli rəssam Zurab Sereteli vəfat edib

Moskva, 22 aprel, AZƏRTAC
Rusiya Rəssamlıq Akademiyasının prezidenti, SSRİ Xalq rəssamı, heykəltaraş Zurab Sereteli ömrünün 92-ci ilində vəfat edib.
AZƏRTAC xəbər verir ki, görkəmli rəssam 1934-cü ildə Tbilisidə anadan olub, 1958-ci ildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasını bitirib. Onun fərdi sərgiləri dünyanın aparıcı mədəniyyət mərkəzlərində, o cümlədən Moskvada, Bakıdakı Heydər Əliyev Mərkəzində, Parisdəki UNESCO-nun baş qərargahında, Romadakı San Salvatore Muzeyində, Veronadakı Palazzo della Gran Guardia mərkəzində, Kanndakı Festivallar və Konqreslər Sarayında keçirilib.
Zurab Sereteli 1995-ci ildə Rusiyada tamamilə müasir incəsənətə həsr olunmuş ilk dövlət muzeyini - Moskva Müasir İncəsənət Muzeyini qurub. O, 1997-ci ildə Rusiya Rəssamlıq Akademiyasının prezidenti seçilib. 2001-ci ildə Moskvada Zurab Sereteli İncəsənət Qalereyası, 2012-ci ildə isə Tbilisidə Müasir İncəsənət Muzeyi açılıb.
Z. Sereteli “Dostluq” ordeni ilə təltif edilib. UNESCO-nun xoşməramlı səfiri seçilən rəssam Zalsburqda Avropa Elmlər və İncəsənət Akademiyasının üzvü idi. O, həmçinin Fransanın Fəxri Legion ordeninin kavaleri, “İncəsənətdə ömürlük nailiyyət” mükafatı və Romadakı İncəsənət Akademiyasının Cüzeppe Şakki beynəlxalq mükafatının, UNESCO-nun “Beş qitə” medalının laureatı, Çin İncəsənət Akademiyasının üzvü olub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.05.2025 [11:23]
Tanınmış italyan pianoçunun Bakıda ustad dərsi təşkil olunacaq
- 13.05.2025 [11:14]
Bu gün IX “Muğam” Televiziya Müsabiqəsi başlayır
- 13.05.2025 [10:53]
“Şah Abbas Namə” tamaşasının məşqləri yekunlaşmaq üzrədir
- 13.05.2025 [09:00]
Bu gün dünyaşöhrətli bəstəkar Qara Qarayevin anım günüdür
- 13.05.2025 [08:15]
İsmayıl İman: Tağıyevi “canlı” insan kimi göstərdik
- 13.05.2025 [01:15]
Azərbaycan 34-cü Beynəlxalq Doha Kitab Sərgisində təmsil olunur
- 13.05.2025 [00:51]
“İRS” jurnalının italyan dilində növbəti nömrəsi nəşr edilib
- 12.05.2025 [17:48]
Eros Ramazzotti Budapeştdə daha bir canlı konsertlə çıxış edəcək
Mən turist olsaydım
- [12:00]
Tramp: Aİ çox vaxt ABŞ-la Çindən daha pis davranır
- 12.05.2025 [23:21]
Ərdoğan: “Terrorsuz Türkiyə” hədəfinə doğru yolda kritik hədd keçildi
- 12.05.2025 [22:50]
Zelenski və Ərdoğan İstanbul görüşünün detallarını müzakirə ediblər
- 12.05.2025 [21:38]
Donald Tramp Yaxın Şərqə səfərə yola düşüb
- 12.05.2025 [20:36]
Əcnəbilər Monteneqroda 113,5 milyon avroluq daşınmaz əmlak alıblar
- 12.05.2025 [20:12]
Konfrans Liqasının final oyununu idarə edəcək hakim açıqlanıb
- 12.05.2025 [20:07]
UEFA Çempionlar Liqasının final matçını idarə edəcək hakimlər açıqlanıb
- 12.05.2025 [20:06]
Almatıda "Qərbi Azərbaycana Qayıdış Çağırışları" mövzusunda forum keçirilib
- 12.05.2025 [20:02]
Britaniyanın Baş nazirinin evində yanğın olub
- 12.05.2025 [19:39]
Karlo Ançelotti Braziliya millisinin baş məşqçisi təyin olunub
- 12.05.2025 [19:36]
Londonda elektrik kəsintisi metroda ciddi nəqliyyat pozuntularına səbəb olub
- 12.05.2025 [19:33]
Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb
- 12.05.2025 [19:32]
Azərbaycan bu il də Bakı İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi edəcək
- 12.05.2025 [19:20]
ABŞ Çin məhsullarına tətbiq etdiyi rüsumları 145 faizdən 30 faizə endirib
- 12.05.2025 [19:10]