Azərbaycan Dövlət İnformasiya Agentliyi

Görünməyən və görünən düşmənlə mübarizə: Qazi Niyaməddin Hüseynovun döyüş yolu

Füzuli, 25 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC

ANAMA əməkdaşı olduğum illərdə biz görünməyən düşmənlə mübarizə aparanda minalardan, partlayıcılardan torpaqlarımızı təmizləyəndə düşünürdüm ki, vaxt gələcək işğal altında olan torpaqlarımızı da görünən düşməndən təmizləyəcəyik. Döyüşlər başlayanda sanki arzum gerçəkləşdi. Düşmənin cəbhə boyu təxribatı başlayan zaman arxa cəbhədə qala bilmədim. Həmkarlarım Coşqun və Elməddinlə birlikdə könüllü olaraq döyüşlərə qoşulduq. Çünki torpaqlarımızı təkcə minalardan zərərsizləşdirməklə deyil, döyüşməklə də xidmət göstərmək məqamı idi. Bu, sadəcə, müharibə deyildi, bu, azadlıq və qürur savaşı idi.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Vətən müharibəsi qazisi Niyaməddin Hüseynov bildirib.

Hüseynov Niyaməddin Abdulla oğlu 1978-ci il sentyabrın 18-də Füzuli rayonu Kərimbəyli kəndində dünyaya göz açıb. Birinci Qarabağ müharibəsi zamanı onların da kəndi erməni hərbi birləşmələri tərəfindən işğal edilib. Lakin 1994-cü il Horadiz əməliyyatı zamanı Füzulinin azad edilən kəndləri arasında Kərimbəyli də olub. Niyaməddin və ailəsi daha sonra öz doğma yurdlarına qayıdıblar. Hələ yeniyetmə çağlarından Niyaməddin hərbiyə bağlı olduğunu bildirib. "1998-ci ildə həqiqi hərbi xidmətə ruh yüksəkliyi ilə yollandım və Sərhəd Qoşunlarında xidmət etdim. 2002-ci ildən isə ANAMA strukturunda çalışmağa başladım. 2020-ci ilin sentyabrında torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda könüllü olaraq döyüşə qoşuldum bu qərarı almağımın səbəbləri arasında işğal altındakı torpaqlarımız, Xocalı faciəsi və günahsız insanlarımızın qətl edilməsi dururdu. İlk döyüş yolum Qaraxanbəyli kəndi istiqamətində başladı. Döyüşçülərimizin qələbə ruhunu həmin vaxt hiss etdim. Bizdən qarşıda bir tankımız var idi, düşmənin həmin tankı vurmasına baxmayaraq onun döyüşə sarı necə irəlilədiyinin şahidi oldum. Həmin vaxt tank yanaraq irəliləyirdi, biz cəhd etdik yaxınlaşaq, amma düşmənin çoxsaylı atəşi imkan vermirdi və tank partlayana qədər qəhrəman əsgərimiz düşmənə sarı irəlilədi. İlk şəhidimiz həmin vaxt oldu. Bu isə bizlərdə qisas hissini daha da gücləndirirdi. Qaraxanbəyli istiqamətindən sonra Yuxarı Seyidəhmədli və Merdinli kəndləri istiqamətində gedən əməliyyatlarda iştirak etdim. Merdinli istiqamətində döyüş tapşırığı zamanı düşmənin iki Satko, bir Ural maşını və bir tankının Quruçay dərəsində aşkar etmişdik. Planlı şəkildə həmin yerə hücum təşkil olundu. Digər cinahdan da başqa bölməmiz irəlilədi və uğurlu tapşırıq nəticəsində düşmən məhv edildi, texnikalar isə içərisi dolu silah-sursatla birlikdə qənimət olaraq götürüldü", - deyə Niyaməddin bildirib.

Döyüş anlarını cümlələrə çevirən qazi bildirir ki, taktiki gedişə uyğun olaraq ordumuzun cənub istiqamətində irəliləməsi düşməni təşvişə salıb. Həmin vaxt Füzuli cəbhəsində müdafiə mövqeyi gücləndirilib. Çünki düşmən ciddi cəhdlə bu cəbhəni yarıb Əhmədbəyli Axlanlı yolunu bağlamaq və mühasirə təşkil etməyə can atıb. Niyaməddin ağır yaralandığı döyüş əməliyyatını xatırladıqca qürur hissi ilə danışır: "Füzulidən sonra mən başqa bölmə tərkibində tapşırığa uyğun olaraq Cəbrayılın Şəybəy və Quycaq kəndləri istiqamətində digər bölmələrimiz tərəfindən azad edilən ərazilərin müdafiəsinə qoşulduq. Daha sonra Xocavənd rayonu Hadrut qəsəbəsi istiqamətində ordumuz tərəfindən azad edilən ərazilərdə mövqeləndik. Füzuli istiqamətində hakim yüksəklik olan yerin düşməndən azad olunması tapşırığı gəldi. Çox gərgin döyüş oldu, 24 oktyabrda Füzulidən Xocavəndə gedən yol üzərində, Köndələn çayı yaxınlığındakı “Çınqıllı təpə” yüksəkliyinə 3 dəstə ilə hücum etdik. Artıq çayı keçdikdən sonra yüksəkliyin ətəyində mövqe tutduq. Əvvəlcə beş nəfər düşmən mövqeyinə yaxınlaşdı, bu zaman posta 30-40 metr qalmış düşmən əl qumbaraları atdı və gərgin döyüş başladı. Həmin vaxt üzərimdə olan bayrağı yüksəkliyə sancmaq üçün can atırdım və irəliləmək istədiyimdə çox yaxın məsafəyə mərmi düşdü. Toz və torpaq göyə qalxdı, gözüm heç yeri görmürdü, ağır yaralansam da hiss etmirdim. Bir neçə dəqiqə keçdikdən sonra hərəkət edə bilmədim və çox ağır yaralandığımı hiss etdiyimdə döyüş yoldaşım Vüsala səsləndim ki, məni vurdular. Onlar atəş altında olsa belə məni tək qoymadan çıxarmağa çalışırdı. Adını bilmədiyim iki döyüşçü talış balalarının atəş dəstəyi ilə Zaur və Vüsal məni döyüş meydanından çıxardı. Çayı keçəndə isə hətta Zaur ağacın üzərinə uzandı, digər iki döyüş yoldaşım Vüsal və Zahir suya girərək məni çaydan keçirdilər. Onların fədakarlığı və insanlığı əbədi yadımdan çıxmaz. Onların köməyi ilə çayı keçib təhlükəsizliyə çıxmağı bacardıq".

Sevinc və kədərin birləşdiyi anı isə Niyaməddin hospitalda olarkən yaşadığını söyləyir. "Səhra hospitalına təxliyə olundum, daha sonra isə məni Yevlaxa apardılar, əməliyyat etdilər. Artıq əməliyyatdan ayılanda yenidən cəbhəyə qayıtmaq istəyirdim, lakin yaralarımın ağır olduğuna görə icazə vermədilər. Elə qələbə xəbərini də hospitalda aldım. Həmin vaxt sevinc və kədərim hissim eyni oldu. Döyüşlər vaxtı şəhid olan qardaşlarım gözümün önünə gəldi, amma bir daha qürur hissi duydum. Bu torpaq, bu Vətən üçün canımızdan keçməyin bizlər üçün ən ülvi hiss olduğunu anladım. Allaha şükür edirəm ki, bu müqəddəs mübarizədə iştirak etmək mənə də nəsib oldu. Qalib Ali Baş Komandanın qalib əsgəri kimi Zəfər tarixinin bir parçası olmaqla qürur duyuram”.

Zəfərimiz əbədidir, Vətənimiz azaddır, şəhidlərimizin ruhu şaddır, azad edilən ərazilərimizə yenidən həyat qayıdıb, keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qovuşur. Bu gün də mən yenə Vətənin xidmətindəyəm. Müharibədən bir neçə müddət sonra sağaldım, ANAMA-da yenidən fəaliyyətimə başladım və qürur duyuram ki, Vətənə xidmət edirəm", - deyə Niyaməddin bildirib.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətə görə, Niyaməddin Hüseynov "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və Müharibə iştirakçısı" medalları ilə təltif edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanda pul bazası artıb

Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib

AQTA sədri bioloji aktiv qida məhsulları istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub

YAP Təftiş Komissiyasının hesabatı yekdilliklə təsdiqlənib

Pərvin Kərimzadə: Azərbaycanın gələcəyi dövlətçilik siyasəti və milli birliklə təmin olunur

Baş direktor: TUSAŞ Azərbaycanda PUA istehsalı məsələsini müzakirə edir

“ADEX 2026”da kommunikasiyanın olmadığı mühitlərdə əməliyyatları avtonom yerinə yetirən PUA-lar nümayiş etdirilir VİDEO

“ADEX 2026”da kommunikasiyanın olmadığı mühitlərdə əməliyyatları avtonom yerinə yetirən PUA-lar nümayiş etdirilir VİDEO

Xankəndidə Futbol Akademiyası yaradılacaq

Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər

İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib

Sumqayıtda zəhərlənən pasiyentlərdən vəziyyəti yaxşı olanlar evə buraxılıb – YENİLƏNİB 5 VİDEO

Sumqayıtda zəhərlənən pasiyentlərdən vəziyyəti yaxşı olanlar evə buraxılıb – YENİLƏNİB 5 VİDEO

Dünya Bankı: Azərbaycanın iqtisadi mövqeyi kifayət qədər sabitdir

Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib

“ADEX 2026”da AzTU-nun təşkilatçılığı ilə innovativ texnologiyalar mövzusunda sessiya

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının hesabatı təqdim olunub

Elvin Şahverdiyev: Müasir müdafiə və informasiya sistemləri çoxsaylı proqram təminatından asılıdır VİDEO

Elvin Şahverdiyev: Müasir müdafiə və informasiya sistemləri çoxsaylı proqram təminatından asılıdır VİDEO

Eduards Stiprays: CAMCA Xəzər və Cənubi Qafqaz üzərindən ticarətin genişləndirilməsi üçün yeni imkanlar yarada bilər

AMEA XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq

Şirvan şəhərində vətəndaşların gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib

Fərid Şəfiyev: CAMCA regionla bağlı siyasətin formalaşdırılmasında müəyyən rol oynaya bilər

Sərhədçi əsgərlər Silahlı Qüvvələrin ehtiyatına buraxılıblar

FAO: Qlobal ərzaq qiymətləri son dörd ilin ən yüksək səviyyəsinə çatıb

Azərbaycan ilə Yunanıstan gömrük xidmətləri birgə Fəaliyyət Planı hazırlayacaq

Dövlət Xidmətinin nümayəndəsi: Kvant dövrünə hazırlaşmalıyıq VİDEO

Dövlət Xidmətinin nümayəndəsi: Kvant dövrünə hazırlaşmalıyıq VİDEO

Azərbaycanın Şimal-Cənub dəhlizində iştirakı ölkənin beynəlxalq nəqliyyat sistemində geostrateji əhəmiyyətini artırır

“Xankəndi” klubunun rəhbəri: Bu komandanın hekayəsi hələ yeni başlayır - MÜSAHİBƏ

Mərkəzi Bankda Dünya Bankının missiyası ilə kredit təminatı mexanizminin təkmilləşdirilməsi müzakirə edilib

® Texnologiyada qadın gücü: “Bir” “Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb

Müjgan Əliyeva: Məqsədimiz Argentina tanqosu üzrə dünya çempionatının finalına vəsiqə qazanmaqdır - MÜSAHİBƏ

Azərbaycan-Türkiyə iqtisadi tərəfdaşlığı yeni regional imkanlar yaradır - ŞƏRH

“Tədqiqatlarda süni intellektin tətbiqi” mövzusunda təlim

Suriyaya müdafiə xarakterli məhsulların ixracı ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb

Məcnun Məmmədov: Xırdabuynuzlu heyvandarlıqda subsidiyanın əsas məqsədlərindən biri örüş sahələrinin yaxşılaşdırılmasıdır

Dinara Qaplan: Xüsusi ehtiyacları olan insanların cəmiyyətə inteqrasiyası sosial və iqtisadi baxımdan əhəmiyyətlidir

“Səfəvilərin hakimiyyəti dövrünün (1501-1736) fəqih, filosof, şair, yazıçı və xəttatları” – yeni nəşr

Müdafiə Nazirliyinin nümayəndəsi: Ordumuzun arsenalına daxil olan müasir silahların təhlükəsizliyi üzərində çox ciddi çalışırıq

Nazir: Yeni subsidiya mexanizmi pambıqçılıqda məhsuldarlığın artırılmasına imkan verəcək

Gürcüstan Ali Məhkəməsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Aviasiya Akademiyasında olub

Nazirlik rəsmisi: Kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsinə çevrilib VİDEO

Nazirlik rəsmisi: Kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsinə çevrilib VİDEO

Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar

Mina partlayışı onun həyatını qaranlığa qərq edib VİDEO

Mina partlayışı onun həyatını qaranlığa qərq edib VİDEO

Gürcüstan dəmir yolu infrastrukturunun modernləşdirilməsinə 890 milyon lari ayırmağı planlaşdırır

Davud Rüstəmov: Kibertəhdidlərlə mübarizədə testlər önəmlidir VİDEO

Davud Rüstəmov: Kibertəhdidlərlə mübarizədə testlər önəmlidir VİDEO

Ukrayna Rusiyanın neft obyektlərinə və hərbi hədəflərinə zərbələr endirib

Vətən Müharibəsi Qəhrəmanı: YAP sıralarında olmaq Prezident İlham Əliyevin strateji kursuna bağlılığın ifadəsidir

DTX rəsmisi: Azərbaycanda müdafiə sektorunda kibermüdafiə qabiliyyəti kifayət qədər güclü səviyyədədir

“S&P”: Sentyabrda Hörmüz boğazından LNG daşımaları müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb

DİN: Məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması ilə bağlı iddialar təsdiqini tapmayıb

Məşhur türk basketbolçu: “Trabzonspor” “Sabah”la oyunun favoritidir – EKSKLÜZİV

Bəyim Mənəfova: Yeni Azərbaycan Partiyası şəhid ailələrinə hər zaman xüsusi diqqət göstərib

Bənzərsiz musiqi, unudulmaz sənət: Cahangir Cahangirovun 105 illiyi konsertlə qeyd olunacaq

Sentyabrda dövlət sərhədini pоzduqlarına görə 20 nəfər saxlanılıb

® Təhsil işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndidə və Xocalıda olub

Azərbaycanın Baş prokuroru ŞƏT-ə üzv dövlətlərin Baş prokurorlarının 24-cü iclasında iştirak edib

Yeni Azərbaycan Partiyasının fəaliyyəti qənaətbəxş hesab edilib

Elman Cəfərli: Muxtar respublikada qarşıdakı illərdə sosial-iqtisadi inkişaf daha da sürətlənəcək

Ötən ay BŞTİ-yə 20 minə yaxın müraciət daxil olub

Xəzər Universiteti “ADEX 2026” sərgisində iki mühəndislik layihəsi ilə təmsil olunub

Məhkumun həbs olunmamışdan əvvəl torpağa basdırdığı silah-sursat aşkar edilib – BİRGƏ ƏMƏLİYYAT

Davud Rüstəmov: Müdafiə sektorunda yüksək qalıcılığa malik APT hücumları ilə qarşılaşırıq

COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Dövlət Agentliyində istehsalat təcrübəsi keçən tələbələrə sertifikatlar təqdim edilib

Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq

“Murovdağ” yeni səfərə başlayıb: Növbəti istiqamət Braziliyadır

ADPU-da insan alveri ilə mübarizəyə aid seminar təşkil olunub

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq

Sabirabad avtomobil yolunun əsaslı təmiri davam etdirilir

AMEA-da doktorantura tədqiqatlarında fənlərarası və multidisiplinar yanaşmaya üstünlük veriləcək

Ankarada iş adamlarına Azərbaycanın investisiya imkanları təqdim olunub

Bəxtiyar İslamov: Azərbaycan gəncliyi öz potensialını reallaşdırmaq üçün geniş imkanlara malikdir

Baş direktor: Azərbaycanda milli kibertəhlükəsizlik ekosistemi formalaşır VİDEO

Baş direktor: Azərbaycanda milli kibertəhlükəsizlik ekosistemi formalaşır VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ərqazan məbədi

AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub

BMT-nin Ali Komissarı: Qadınlar münaqişələrin qarşısını almaq və davamlı sülh yaratmaq səylərinin mərkəzində olmalıdırlar

Musa Quliyev: Bu gün qarşımızda daha böyük vəzifələr dayanır

Professor: Albaniyanın sərhədlərinin müəyyənləşdirilməsi istiqamətində mühüm tədqiqatlar aparılıb

Tehran hava limanında uçuşların sayı 42 faiz azalıb

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib VİDEO

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib VİDEO

Arif Rəhimzadə: YAP-ın ideoloji əsasını milli dəyərlər və dövlətçilik prinsipləri təşkil edir

Əli Əhmədov: Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb

Fərhad Quliyev: Qafqaz Albaniyasının maddi-mədəni irsi tədqiq edilir

Ukraynalı uşaqların Qəbələnin tarixi məkanlarına ekskursiyası təşkil olunub

Afrika İttifaqı Komissiyası Efiopiya, Eritreya və Misir arasındakı gərginliklə bağlı narahatlığını bildirib

Lucy Chou: İnvestorların təsisçilərdə axtardığı əsas xüsusiyyətlər dəyişməz olaraq qalır

İcraçı direktor: Kibertəhlükəsizlik sektorunda fəaliyyət göstərən şirkətlər güzəştlər əldə ediblər

Kimya İnstitutu qarşıdakı dövr üçün yeni strateji hədəflər müəyyənləşdirib

UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub

Azərbaycan ombudsmanı ENOC-un illik konfransında uşaq hüquqları üzrə təşəbbüslərdən danışıb

Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər

Rusiyanın regionlarına hücumlar nəticəsində bir nəfər ölüb, səkkiz yaralı var

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır VİDEO

Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır VİDEO

Bu saata olan əsas xəbərlər

AMEA rəhbəri: Qafqaz Albaniyasına dair tədqiqatların yeni mərhələsi başlanıb

Vətən müharibəsinin xronikası: 2 oktyabr

ADEX Azərbaycanın müdafiə sənayesində əldə etdiyi imkanların nümayişi üçün mühüm platformadır ŞƏRH