Göyçayda Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib
Göyçay, 12 dekabr, AZƏRTAC
Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin vəfatının 20-ci ildönümü Göyçay rayonunda dərin hörmət və ehtiramla anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dekabrın 12-də Göyçay Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Göyçay rayon təşkilatının sədri və ictimaiyyət nümayəndələri Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucalan abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək xatirəsini dərin ehtiramla yad ediblər.