Göyçayın Alpout kəndində 5 ədəd bulaq qurulub
Göyçay, 24 dekabr, AZƏRTAC
Göyçay rayonunun Alpout kəndində sakinlərin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə yeni bulaqlar salınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kənddə şəhid ailələrinin yaşadıqları məhəllələrdə 2 ədəd, kənd tam orta məktəbinin və vətəndaşların sıx toplaşdıqları ərazilərdə 3 ədəd, ümumilikdə 5 ədəd içməli su bulağı quraşdırılıb.
Bulaqlar “Birləşmiş Sukanal” MMC-nin Göyçay Sukanal Sahəsinin İstismar Qrupu tərəfindən salınıb.