Göyçayın orta məktəblərində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar xüsusi dərslər keçirilmişdir
Göyçay, 16 yanvar (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “20 Yanvar faciəsinin 24-cü ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”nın təsdiq edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar Göyçay rayonunda da müvafiq işlər görülür.
Tədbirlər planına uyğun olaraq rayondakı Şəhidlər xiyabanında təmir-bərpa və təmizlik-abadlıq işləri görülmüş, bütün tədris müəssisələrində faciəyə həsr edilmiş xüsusi dərslər keçirilmişdir. Bundan başqa, 20 Yanvar hadisələri zamanı şəhid olmuş və sağlamlığını itirmiş insanların ailələrinə humanitar yardımın verilməsi, şəhərdəki iki məsciddə dini mərasimlərin təşkil olunması nəzərdə tutulur.
Həmçinin yanvarın 20-də rayon sakinlərinin Şəhidlər xiyabanını ziyarətinin təşkili, saat 12.00-da şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, gün ərzində Şəhidlər xiyabanında matəm musiqisinin səsləndirilməsi, faciə qurbanlarının xatirəsini yad etmək məqsədi ilə dövlət bayraqlarının endirilməsi, 20 Yanvar hadisələri barədə yerli qəzetdə yazıların dərc edilməsi və digər tədbirlər nəzərdə tutulmuşdur.
Xatırladaq ki, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Göyçay rayon sakinlərindən 212 nəfər şəhid olmuş, 44 nəfər itkin düşmüşdür. Rayon sakini Mübariz Şiralı oğlu Eminov ölümündən sonra “İgidliyə görə medal”a layiq görülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]