Göygöldə baş verən yol qəzasının təfərrüatı məlum olub YENİLƏNİB VİDEO
Göygöl, 13 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Yol qəzası İpək yolunun Göygöl rayonunun Üçtəpə kəndindən keçən hissəsində baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəzada xəsarət alanlar Goranboy sakinləri olub. Hadisə Şəmkir rayonundan işdən qayıdarkən baş verib.
18:45
Göygöl rayonunda 12 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, "Mercedes" markalı mikroavtobusla "VAZ" markalı minik avtomobili toqquşub.
Hadisə yerinə təcili tibbi yardım və yol polisi heyəti cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.