Göygöldə “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib
Göygöl, 14 mart, Elcan Məmmədov, AZƏRTAC
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Yeni Zod kəndində keçirilən aksiyada yerli şərait üçün əlverişli olan müxtəlif növ ağac tingləri əkilib. Əkilən hər bir ağacın küləkdən qorunması və normal böyüməsi üçün mineral gübrələrdən və digər lazımi vasitələrdən istifadə edilib, suvarma işləri görülüb.
Ümumilikdə 3500 ədəd ağac əkilib.