REGİONLAR
Göygöldə mebel salonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB
Göygöl, 1 fevral, Elcan Məmmədov, AZƏRTAC
Göygöl rayonu Quşqara kəndində “Arzu” mebel salonunda baş verən yanğın söndürülüb.
AZƏRTAC -ın bölgə müxbiri xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin texnikaları və canlı qüvvə cəlb olunub.
Hadisə nəticəsində xəsarət alan yoxdur.
Yanğının başvermə səbəbləri araşdırılır.
01:35
Göygöl rayonu Quşqara kəndi yaxınlığında yerləşən “Arzu” mebel salonunda yanğın hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.
İkin məlumatlara görə, hadisə nəticəsində xəsarət alan yoxdur.