Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Göygöldə Olimpiya İdman Kompleksi istifadəyə verilmişdir VİDEO

Göygöl, 21 yanvar (AZƏRTAC). Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göygöl Olimpiya İdman Kompleksinin açılışında iştirak etmişdir.

Son 10 ildə Azərbaycan idman sahəsində də mühüm nailiyyətlər əldə etmişdir. Prezident İlham Əliyevin idmana diqqəti sayəsində Azərbaycan artıq idman ölkəsi kimi bütün dünyada layiqli yerini tutmuşdur. Bu gün müstəqil Azərbaycanın idmançıları dünya miqyasında böyük uğurlar qazanırlar. Ölkəmiz dünya idman ailəsinə möhtəşəm mərkəz kimi daxil olmuşdur. İndi istər Bakı, istərsə də bölgələrdə region və beynəlxalq əhəmiyyətli idman yarışları ən yüksək səviyyədə keçirilir. Bu məsələdə regionlardakı müasir idman qurğuları müstəsna rol oynayır. Dövlət siyasətinin nəticəsi olaraq indi bütün rayonlarda gözəl və hər cür şəraiti olan idman strukturu yaradılır. Bunlardan biri də, Göygöldə yaradılan Olimpiya İdman Kompleksidir. Belə komplekslər bir daha sübut edir ki, ölkədə idmanın kütləviliyini artırmaq, gənclərin idmana marağını təmin etmək və bu sahədə yeni-yeni qələbələr qazanmaq üçün dövlət tərəfindən məqsədyönlü işlər həyata keçirilir. Azərbaycanda idman sahəsinə göstərilən diqqət artıq bütün dünyada böyük rəğbətlə qarşılanır. Bunun nəticəsidir ki, 2015-ci ildə ilk Avropa Oyunları və 2017-ci ildə İslam Həmrəyliyi Oyunları Azərbaycanda keçiriləcəkdir.

Prezident İlham Əliyev Göygöl Olimpiya İdman Kompleksinin açılışını bildirən rəmzi lenti kəsdi.

Dövlətimizin başçısına yeni kompleks haqqında məlumat verən gənclər və idman naziri Azad Rəhimov bildirdi ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən Göygöl Olimpiya İdman Kompleksinin tikintisinə 2010-cu ilin sonunda başlanmışdır. Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Göygöl rayonunda ictimaiyyətin nümayəndələri, həmçinin idmançılarla görüşlərini əks etdirən fotolardan ibarət guşələr yaradılmışdır. Zallar ən müasir idman qurğuları ilə təchiz olunmuşdur. Burada müasir üzgüçülük hovuzu da tikilmişdir. Kompleksdə güləş, universal idman, şahmat və boks zalları, məşqçilər üçün otaqlar, konfrans zalı və digər zəruri otaqlar mövcuddur. Müxtəlif idman tədbirlərinin keçirilməsi üçün hər cür şəraitlə təchiz edilən universal idman zalı 780 tamaşaçı üçün nəzərdə tutulmuşdur.

Kompleksin infrastrukturu da ən müasir tələblərə cavab verir. Beynəlxalq standartlara uyğun inşa edilən kotteclərdə istirahət üçün ən yüksək şərait yaradılmışdır.

Kompleksin açıq futbol stadionu da vardır. FİFA standartlarına cavab verən stadionun ətrafında yüngül atletika yarışları üçün qaçış zolağı salınmışdır. Stadionda 1300 tamaşaçı tutumu olan üstüörtülü tribuna tikilmişdir.

Dövlətimizin başçısına məlumat verildi ki, Göygöl rayonunun idmançıları beynəlxalq və respublika səviyyəli idman yarışlarında mühüm nailiyyətlər qazanmışlar. Hazırda rayonda idmanın müxtəlif növləri üzrə 2 Avropa və 14 dünya çempionu vardır.

Göygöl Olimpiya İdman Kompleksi ilə tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident İlham ƏLİYEV dedi:

- Göygöldə Olimpiya Mərkəzi tikilibdir. Bu gün bu mərkəzin açılışını birlikdə qeyd edirik. Sizi təbrik edirəm. Burada idmanla məşğul olmaq üçün bütün imkanlar vardır. Mən soruşuram deyirlər ki, ümumiyyətlə, Göygöl rayonunda idman obyektləri, idmanla məşğul olmaq üçün imkan olmamışdır. İndi belə gözəl imkan vardır. Ən yüksək səviyyədə tikilibdir - hovuz, oyun, məşq zalları, artıq burada gözəl memarlıq özünü göstərir. Bir də ki, kotteclər, mehmanxana. Yəni, rayonun inkişafı üçün bu mərkəzin çox böyük əhəmiyyəti vardır. Burada şahmat dərnəyi fəaliyyət göstərəcəkdir.

Ona görə, biz Göygöl idmançılarından yaxşı nəticələr gözləyirik. Gərək yaxşı nəticələr, qələbələr olsun, həm ölkə çempionatlarında, həm də beynəlxalq turnirlərdə. İndi belə şəraitdən sonra gərək yaxşı da nəticələr olsun. Çünki Azərbaycanda idman sürətlə inkişaf edir. Biz idman aləmində yüksək zirvələrə qalxmışıq. Azərbaycan indi idman dövlətidir, çoxlu medallarımız, idmançılarımız, dünya, Olimpiya çempionları vardır. Keçən il təkcə bir il ərzində Olimpiya idman növləri üzrə dörd dünya çempionumuz olmuşdur. 2012-ci ildə Yay Olimpiya Oyunlarında böyük qələbə qazanmışıq. Universiadada gənc idmançılarımız Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışlar. Yəni, biz idman ölkəsi kimi özümüzü artıq təsdiq etmişik. Gərək bu müsbət dinamika davam etsin. Buna nail olmaq üçün gərək uşaqlar, yeniyetmələr hər yerdə, hər bir rayonda idmanla məşğul olsunlar. Biz bu şəraiti yaradırıq.

Göygöl Olimpiya İdman Kompleksi Azərbaycanda tikilən sayca 41-ci regional kompleksdir. Artıq Bakıdan başqa 41 şəhərdə idmanla məşğul olmaq üçün gözəl imkanlar vardır.

Bakıda isə Avropa Oyunlarına hazırlıq gedir. Yeni idman obyektləri tikilir - Olimpiya Stadionu, Su İdmanı Sarayı, Stend Atıcılığı Mərkəzi, Gimnastika Kompleksi. Əvvəllər tikilmiş idman obyektləri təmir edilir. Biz gələn il Avropa Oyunlarını yüksək səviyyədə keçirməliyik və əminəm ki, keçirəcəyik.

Ona görə, indi Göygöldə idmanla bağlı problemlər öz həllini tapacaqdır. Burada gözəl məşq prosesi təşkil edilməlidir. Eyni zamanda, yığma komandalarımız da gəlib burada təlim-məşq toplantılarında iştirak etməlidirlər. Bir sözlə, əminəm ki, Göygöl Olimpiya Kompleksinin gözəl gələcəyi olacaqdır.

Bütövlükdə, rayonda bu gün bir neçə tədbirdə iştirak etmişəm. Onların içərisində əlbəttə ki, su-kanalizasiya layihəsini xüsusi qeyd etmək istəyirəm. Siz yaxşı bilirsiniz ki, Göygöl rayonunda su təchizatı həmişə böyük problem olub. Təmiz, keyfiyyətli içməli su həmişə problem olub. Bu problem artıq aradan qaldırılıb. İndi ölkəmizdə ən təmiz və keyfiyyətli sulardan biri artıq Göygölə verilir. Şəhər içməli su ilə tam təmin edilir. Bu su kəmər boyu yerləşən yeddi kəndə də verilir. Gələcəkdə başqa kəndlərin su problemi də həll ediləcəkdir. Bu, tarixi layihədir, tarixi nailiyyətdir. Çünki bu ərazidə, bu rayonda heç vaxt keyfiyyətli su olmamışdır

Bax, Azərbaycan dövlətinin siyasəti və gücü bunda özünü göstərir. İnsanların sağlamlığı, rahat yaşamaları üçün Azərbaycan dövləti bu böyük layihələri icra edir. Dağlardakı mənbədən 25 kilometr uzunluğunda kəmər çəkilib, böyük vəsait xərclənibdir. Dağların arasında süni göl, yəni, su hövzəsi yaradıldı ki, burada yaşayan sakinlər təmiz su içsinlər. Mənə verilən məlumata görə, şəhərin qaz problemi də 100 faiz həll edilib. Göygöl şəhəri 100 faiz qazlaşdırılıbdır. Kəndlərin yarısı da qazlaşdırılıbdır. Bu da heç vaxt olmamışdır. İndi biz buraya da qaz çəkdik, 100 faiz təmin olundu.

Elektriklə bağlı problemlər həll edilibdir. Kənd yolları tikilir. Bir layihə icra edilir, daha bir layihə icra ediləcəkdir. Təkliflər verilib. Elə etməliyik ki, burada bir dənə də təmirsiz kənd yolu qalmasın.

Bütün rayon infrastrukturu inkişaf edir və yeniləşəcəkdir.

Əlbəttə ki, rayonun aqrar potensialı çox böyükdür. Bu istiqamətdə hələ görüləsi işlər çoxdur. Turizm potensialı da vardır. Ancaq turizm potensialının inkişafı, ondan səmərəli şəkildə istifadə etmək üçün şərait olmalıdır. Yol, qalmağa yer, infrastruktur olmalıdır. Bunları da biz yaradırıq və yaradacağıq.

Göygöl rayonunun inkişafı üçün əlavə təbdirlər də görüləcək, vəsait də ayrılacaqdır ki, burada işlər həmişə yaxşı getsin.

Əvvəlki səfərlərimdə xəstəxananın açılışında bərabər olmuşuq. Bu gün Bayraq Meydanının təqdimatı keçirilmişdir. Bu da çox önəmli məsələdir. Bizim bayrağımız dövlətçiliyimizin rəmzidir. İndi hər şəhərdə bayraq meydanı vardır. Bu da müasir Azərbaycanın yenilikləridir. Bakıda və hər bir şəhərdə. Bütün digər istiqamətlər üzrə Bakıda nə varsa, bütün şəhərlərdə də olmalıdır. Deyə bilərəm ki, Bakı hələ 100 faiz su ilə təmin edilməyib. Bakıda görülən son işlər hesabına biz davamlı suyun verilməsini ancaq 78 faiz səviyyəsinə qaldıra bilmişik. Amma Göygöldə 100 faizdir. Qazlaşdırma Bakıda 96 faiz, Göygöldə 100 faizdir. Bunlar regional proqramın icrası nəticəsində mümkün olmuşdur. İki proqram icra edilibdir. Üçüncü proqram da yaxın gələcəkdə qəbul ediləcəkdir. O da beşillik proqram olacaqdır. Orada hər bir rayon, o cümlədən Göygöl rayonu üzrə konkret beşillik fəaliyyət planı öz əksini tapacaqdır. Hər bir vətəndaş proqramı oxuya bilər ki, onun rayonunda hansı işlər gözlənilir. Artıq proqram daha çox yerlərdən gələn təkliflər əsasında tərtib edilir. Sakinlərin müraciətləri nəzərə alınır. Bildiyiniz kimi, dövlət və hökumət orqanlarının vəzifəli şəxsləri mütəmadi qaydada bölgələrə ezam olunurlar, sakinlərlə görüşürlər, onların problemlərini eşidirlər və həll edirlər. Bax, növbəti proqram da sakinlərdən gələn təkliflər əsasında formalaşıbdır. Növbəti beş il ərzində qalan infrastruktur, sosial məsələlər öz həllini tapacaqdır, o cümlədən məktəb tikintisi. Hələ ki, Göygöldə də təmirsiz məktəblər, digər sosial və infrastruktur layihələr vardır.

Bu gözəl obyektin - idman kompleksinin açılışı münasibətilə sizi bir daha təbrik edirəm, sizə cansağlığı, uğurlar arzulayıram.

X X X

Rayon ictimaiyyəti adından çıxış edən Vidadi RZAYEV ölkənin bütün regionları kimi, Göygölə də göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edərək dedi:

-Möhtərəm cənab Prezident, Sizi Göygöl rayon ictimaiyyəti, gəncləri və idmançıları adından salamlayır, rayonumuza “Xoş gəlmisiniz!” deyirəm.

Cənab Prezident, ulu öndərimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi Siz respublikamızı daim xoşbəxt gələcəyə aparırsınız. Respublikaya rəhbərlik etdiyiniz 10 il ərzində ölkəmizin siması kökündən dəyişmiş, Azərbaycan dünyanın heç bir ölkəsinin nail ola bilmədiyi sürətli inkişaf yolu keçmişdir.

Cənab Prezident, Sizin qayğınız sayəsində bütün sahələr kimi, idman da sürətlə inkişaf edir. Siz Azərbaycanda idmanın kütləviliyini təmin edirsiniz. Bununla da ölkədə sağlam nəsil formalaşdırırsınız.

Artıq dünyada idman ölkəsi kimi tanınan Azərbaycanda müasir idman qurğuları tikilmiş, Olimpiya hərəkatı geniş vüsət almışdır. Yaradılan müasir infrastruktur Azərbaycan idmançılarına dünya və Avropa birinciliklərində möhtəşəm qələbələr qazandırmışdır. Biz səbirsizliklə 2015-ci ildə Avropa Oyunlarının Azərbaycanda keçirilməsini gözləyirik. Bu oyunların Azərbaycanda keçirilməsi barədə qərar Sizin uğurlu siyasətinizin nəticəsidir. Bu, çox böyük tarixi hadisə, ölkəmizin möhtəşəm uğurudur. Mehriban xanımın bu oyunların təşkilati işlərini öz üzərinə götürməsi isə digər möhtəşəm beynəlxalq tədbirlərdə olduğu kimi, bu tədbirin də çox yüksək səviyyədə keçəcəyinə bizdə heç bir şübhə qoymur. Ona görə də Sizə və Mehriban xanıma bütün göygöllülər adından dərin minnətdarlığımızı bildiririk.

Cənab Prezident, bu gün açılışını etdiyiniz Göygöl Olimpiya İdman Kompleksinə gənclərin böyük axını olacaqdır. Bu idman kompleksində gənclərimiz idmanın müxtəlif bölmələrində məşğul olub öz ustalıqlarını artıracaq, tezliklə Azərbaycan yığma komandasının tərkibində Avropa, dünya birinciliklərində ölkəmizin bayrağını yüksəklərə qaldıracaqlar. Buna əmin ola bilərsiniz.

Mən Sizə göygöllülər adından bir daha minnətdarlığımı bildirir, uzun ömür, cansağlığı arzulayıram.

Prezident İlham ƏLİYEV: Sağ olun.

X X X

Sonda xatirə şəkli çəkdirildi. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Göygöldə Olimpiya İdman Kompleksi istifadəyə verilmişdir VİDEO

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma sui-istifadə hallarının qarşısının alınmasına öz töhfəsini verəcək

Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib

Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir

Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var

"Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilib YENİLƏNİB

® “Kapital Bank”ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi edib

AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub

Bakı Kitab Mərkəzində “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı olub

Elm və Təhsil Nazirliyi ilə NAFSA arasında əməkdaşlıq imkanları müzakirə edilib

® “Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!

BDU-da QS beynəlxalq reytinq agentliyinin regional direktoru ilə görüş

Albaniyalı akademik Azərbaycandakı dinlərarası harmoniya barədə məlumatlandırılıb

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri üzrə qiymətlər müəyyənləşdirilib

ADNSU ilə Daşkənd Kimya Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb

Azərbaycan-Rusiya əməkdaşlığının nəqliyyat sahəsindəki inkişaf perspektivləri müzakirə olunub

Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə də elektron qaydada pensiya təyin olunacaq

Türkiyənin “Mədəniyyət yolu” festivalında Azərbaycanın iştirakı müzakirə edilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib

“Heydər Əliyev və milli mədəniyyət strategiyası” - tələbə-şagird konfransı

Amerika din xadimləri ilə görüşdə Azərbaycandakı tolerantlıq mühiti diqqət mərkəzində olub

Bakının bir neçə piyada keçidində lift və eskalatorlar təmir edilib

Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında

Türkiyə-Azərbaycan Universiteti növbəti tədris ilində tələbə qəbuluna başlayacaq

Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır

® “GSMA M360 Eurasia 2024” Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirəcək

Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib

“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına məhdudiyyətlər tətbiq edilməyən istehlakçıların siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1063-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Lənkəranda vətəndaşların müraciətlərini dinləyib

San-Tome və Prinsipi ada dövləti Portuqaliyanın müstəmləkəçilik təzminatının ödənilməsi haqqında plan hazırlayır

“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 avqust tarixli 359 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Malayziyalı parlamentarilər Füzuli və Şuşa şəhərlərində olublar

UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar tələbə konfransı keçirilib

Naxçıvan Dövlət Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 dekabr tarixli 447 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası ərazisində dövlət  mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyi: 49 müəssisədə nöqsanlar aşkarlanıb

“Gələcək üçün bacarıqlar” layihəsinin növbəti inkubasiya proqramı təqdim olunub

“Vagaclub”un üzvü: Laçında gələcəkdə dağ alpinizminin inkişafı üçün əlverişli şərait var

Azərbaycan Bəstəkarlar İttifaqının 90 illiyi bir sıra tədbirlərlə qeyd ediləcək

Rusiya və Tacikistan prezidentləri terrorizmə qarşı mübarizə məsələlərini müzakirə ediblər

Biləcəri qəsəbəsində qablaşdırılmış içməli su emalı müəssisəsində istehsal dayandırılıb

Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var

Alister Çarlz: İnanıram ki, Bakı Forumunda aparılan müzakirələr dünyada sülhün təmin olunmasına töhfə verəcək

Filippin parlamentinin komitə sədri Milli Məclisdə olub

Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib VİDEO

Botanik alimlər Azərbaycanda yayılmış “Artemisia” cinsi növlərini tədqiq ediblər

AIPA-nın Baş katibinə Azərbaycanda qadın hüquqlarının tarixi barədə məlumat verilib

Azərbaycanın U-19 yığması İrlandiya, İslandiya və Moldova ilə eyni qrupa düşüb

Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb

Elm və Təhsil Nazirliyi “Times Higher Education” ilə əməkdaşlığa başlayır

Kanada millisində çalışan azərbaycanlı məşqçi: Gimnastlarımı öz Vətənimdə keçirilən yarışa hazırlamaq qürurvericidir

Hərbi bilik yarışının qalibləri mükafatlandırılıblar

Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir

AzMİU-nun əməkdaşları bölgələrdə yuxarı sinif şagirdləri ilə görüşüblər

Dini konfessiyaların nümayəndələri Suqovuşan və Talışdakı Alban məbədlərini ziyarət ediblər

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikasının Qanunu

Tələbə yoldaşlarımla birlikdə öyrənmək və biliklərimi onlarla bölüşmək qürurvericidir – peşə təhsili alan sahibkar

Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İstanbuldakı lisenziya turnirinə qatılacaq Azərbaycan güləşçiləri dəqiqləşib

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilib YENİLƏNİB

® İrşad müştərilərinə 5 milyon manatdan çox bonus qazandırdı

Alimlər piylənmənin yeni səbəbini tapıblar - Tədqiqat

Yunus Əmrə İnstitutunda "Turan yolu-Zəngəzurum" adlı əsərin təqdimatı olub

Kənd Təsərrüfatı Nazirliyində Azərbaycan-Avstraliya Dostluq Qrupunun həmsədri ilə görüş keçirilib

Forum iştirakçısı: COP29-un Bakıda keçirilməsi Azərbaycanın yaşıl enerji imkanlarını nümayiş etdirməsi üçün əla fürsətdir

SOCAR: Şirkətin fəaliyyətində və strukturunda müəyyən dəyişikliklər nəzərdə tutulub

Moskvada Azərbaycan və Rusiya Baş nazirləri müavinlərinin görüşü keçirilib

Forum iştirakçıları Ağdamın dağıdılmış abidələrini ziyarət ediblər

“Bilişim Vadisi”nin direktoru: Azərbaycanın texnologiya ölkəsinə çevrilməsində dəstəyi davam etdirəcəyik

Konstitusiya Məhkəməsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib

Baş prokuror Tərtər rayonunda 71 vətəndaşın müraciətini dinləyib

AQTİ-nin mütəxəssisləri Şabran rayonunda təlim, məsləhət və qiymətləndirmə xidmətləri həyata keçirib

® “PAŞA Holding”in dəstəyilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək

Norveçli səyyah: Azad olunmuş əraziləri ziyarət etmək bizim üçün çox maraqlı oldu VİDEO

Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb

İcraçı direktor: Azərbaycan dilində süni intellektin yaradılması üzrə işlər davam etdirilir

Macarıstan hökuməti Budapeştin UEFA Çempionlar Liqasının finalına ev sahibliyi etməsini dəstəkləyir

Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb

“Bakı KOB evi”ndə sahibkarlara göstərilən xidmətlərin 72 mindən çoxu 10 dövlət qurumunun payına düşür

Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilib

AXA-nın sədri Beyləqanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Azərbaycan-Türkiyə əməkdaşlığının dini sahədə inkişaf perspektivləri müzakirə edilib

Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

® Azərbaycan banklarının nümayəndələri Türkiyənin “Ziraat Bankası”nda qonaq olublar

ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub

Suriyada İŞİD-in hücumu nəticəsində 17 hərbçi həlak olub

MDB İnformasiya Şurasının növbəti iclası Moskvada keçiriləcək

Həm delimitasiya, həm də sülh prosesinin vasitəçilərsiz də praktiki nəticələr verdiyi reallıqdır - ŞƏRH

Bakı-Tbilisi-Qars dəmir yolu xəttində modernləşdirmə işləri başa çatıb MÜSAHİBƏ

ADAU-da sahibsiz heyvanlarla bağlı növbəti aksiya

Avropa çempionatı: Azərbaycanın U-17 yığmasının seçmə mərhələdəki rəqibləri bəlli olub

Agentlik aprel üzrə diplomların tanınması statistikasını açıqlayıb

Pakistanda avtobus qəzasında ölənlərin sayı 20 nəfərə çatıb

Norveçli səyyahlar Laçında həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olublar VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşların müraciətlərini dinləyib

BP-nin dəstəyilə Sumqayıt Dövlət Universitetində kimya mühəndisliyi üzrə yeni magistr proqramı yaradılıb