Güclü qar Münxen aeroportunda bəzi reyslərin gecikməsinə səbəb olub
Berlin, 20 fevral, AZƏRTAC
Almaniyanın bəzi bölgələrinə yağan güclü qar hava limanlarının fəaliyyəti və nəqliyyatın hərəkəti üçün ciddi çətinliklər törədib.
AZƏRTAC xəbər verir ki, güclü qar Münxen hava limanının fəaliyyətinə xüsusilə təsir göstərib. Hava limanının rəsmi saytında bir sıra reyslər üzrə təyyarələrin uçuş və enişində gecikmələrin yaşandığı, hətta bəzi aviareyslərin tamamilə ləğv edilə biləcəyi qeyd olunub. Gün ərzində sərnişinlərə aviaşirkətlə vaxtında əlaqə saxlayaraq reyslərin vəziyyətini dəqiqləşdirmələri tövsiyə edilib.
Qarlı hava şəraitinin təsiri təkcə hava limanları ilə məhdudlaşmayıb. Xüsusilə Bavariyada yolların buz bağlaması xeyli sayda qəzaya səbəb olub.
Meteoroloqlar həftəsonu Bavariyada temperaturun tədricən yüksələcəyini, bazar günü havanın temperaturunun 15 dərəcəyədək artacağını bildiriblər.
Almaniyanın şimalında da hava şəraitində dəyişiklik gözlənilir. Həftəsonu Aşağı Saksoniya, Bremen və Hamburqda temperaturun bəzi yerlərdə ikirəqəmli göstəricilərə çatacağı proqnozlaşdırılır.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
- 20.09.2026 [12:29]
İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb
- 20.09.2026 [12:29]
Mançester hava limanında uçuşlar zolaqdakı çuxura görə gecikib
- 20.09.2026 [11:52]
Media: Son döyüşlərdə husilərin 73 üzvü öldürülüb
- 20.09.2026 [11:10]
Almaniyanın iki əyalətində seçkilər keçirilir
Xocavənd Şəhəri Günü qeyd olunur
- [14:45]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar
- 19.09.2026 [23:42]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [23:25]
Mahaçqala hava limanında məhdudiyyətlər tətbiq olunub
- 19.09.2026 [23:00]
Media: Husilər Səudiyyə Ərəbistanına hücumlar təşkil ediblər
- 19.09.2026 [22:54]
Naxçıvanda “Velo Fest” velosiped festivalı
- 19.09.2026 [22:33]
Donald Tramp: Süni İntellekt Qüvvələri yaradıram
- 19.09.2026 [22:22]
Astarada yol qəzasında 4 nəfər xəsarət alıb, ata və oğulun vəziyyəti ağırdır
- 19.09.2026 [22:09]
Azərbaycanın xarici siyasətində Türk dünyası prioritet təşkil edir – ŞƏRH
- 19.09.2026 [21:53]
“Mançester Yunayted”in milyarder sahibi: Böyük Britaniyaya inamımı itirmişəm
- 19.09.2026 [21:39]
Sankt-Peterburq qubernatoru MDB PA-nın beynəlxalq müşahidəçiləri ilə görüşüb
- 19.09.2026 [21:37]
Leysan yağışları Batumidə həyatı iflic edib
- 19.09.2026 [21:27]
Gürcüstanın dövlət xarici borcu 9 milyard dolları ötüb
- 19.09.2026 [21:25]
Gülnarə Xəlilova: Hər bir evdə azı bir dəst milli geyim olmalıdır
- 19.09.2026 [21:22]
Sürücülərin nəzərinə
- 19.09.2026 [21:16]
“Yeni tədris ili: məktəbdə keyfiyyətli başlanğıc” konfransı keçirilib
- 19.09.2026 [21:06]
Dörd müntəzəm marşrutun hərəkəti müvəqqəti dəyişdirilir
- 19.09.2026 [20:22]