Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gülbəniz Qənbərova: Kənd Qadınları Assosiasiyası kənd yerlərində fəaliyyət göstərən qadınlara dəstək verməyə çalışır

Gülbəniz Qənbərova: Kənd Qadınları Assosiasiyası kənd yerlərində fəaliyyət göstərən qadınlara dəstək verməyə çalışır

Bakı, 17 iyun, Sevda Cəfərova, AZƏRTAC

Bu gün qadınlar ailə təsərrüfatı fəaliyyətlərinə kifayət qədər dəstək versələr də, onların rolu çox zaman etiraf edilmir. Eyni zamanda, qadın fermerlərin ehtiyaclarına və problemlərinə cavab verən proqramlar olmadığına görə kənd məsləhət xidmətləri onların tələbatlarına əksər hallarda adekvat cavab vermir. Azərbaycan Kənd Qadınları Assosiasiyası isə yarandığı gündən etibarən bu istiqamətdə kənd yerlərində fəaliyyət göstərən qadınlara dəstək verməyə çalışır.

AZƏRTAC Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərovanın müsahibəsini təqdim edir.

-Azərbaycan Kənd Qadınları Assosiasiyası hansı zərurətdən yaranıb?

-Azərbaycan Kənd Qadınları Assosiasiyası 2018-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə kəndlərdə yaşayan fermer və sahibkar qadınların regionların sosial-iqtisadi inkişafına verdiyi töhfəni artırmaq və onu dayanıqlı etmək üçün yaradılıb. Assosiasiya 2005-2019-cu illər ərzində Azərbaycan hökuməti və Dünya Bankından maliyyələşən və Naxçıvan Muxtar Respublikası da daxil olmaqla Azərbaycanın bütün rayonlarında fəaliyyət göstərən Azərbaycan Kənd İnvestisiya Layihəsinin (AzKİL) təsir nəticələrindən biri olaraq fəaliyyətə başlayıb.

AzKİL bir İcma İnkişafı layihəsi idi və mən bu layihədə icma inkişafı və bacarıqların artırılması meneceri olaraq mühüm işlər gördüm. Belə ki, layihənin icrası ərzində 1500 kənddə icma səfərbərliyi, təlimlər, AzKİL-in bütün əməliyyat zonalarını əhatə edən 200-ə qədər regional konfrans və 7 Milli İcma İnkişafı konfransının keçirilməsinə nail oldum.

Biz çalışırdıq ki, səfərbərlik zamanı seçilən İcma Qruplarında, regional və milli səviyyədə keçirilən tədbirlərdə qadınlar yaxından iştirak etsin, həm də qadınların sadəcə fiziki iştirakı deyil, onların qərarvermədə və mühüm qərarların icrasındakı rolu da artsın. Layihə İdarəetmə Qrupunun Dünya Bankına müraciəti əsasında 2017-ci ildə AzKİL-ə yeni komponent “Kənd Qadınlarının İqtisadi Gücləndirilməsi” əlavə olundu. Bu komponent çərçivəsində kollektiv bizneslər quraraq ailələrinə iqtisadi dəstək göstərmək məqsədilə 6 pilot Qadın Qrupu yaradıldı.

Kənd İnvestisiya Layihəsi uğurlu layihə idi, çünki onun icra mexanizmi de-sentralizasiya, yəni qərarların aşağıdan yuxarıya - icmalardan hökumətə prinsipinə əsaslanırdı. İcmaların təşkilatlanma, infrastruktur və bacarıqların artırılması ehtiyaclarını çevik şəkildə qarşılayan bu layihə uğurla öz hədəflərinə çatdı və 2019-cu ildə tamamlandı. Layihə başa çatan zaman artıq Qadın Qruplarının sayı 28-ə çatmışdı və bu səbəbdən də AzKİL-in dövlət tərəfindən rəsmi icraçısı olan Kənd Təsərrüfatı Nazirliyinin rəyi və dəstəyi əsasında Qadın İnkişaf və Müəssisə Qruplarının Milli Şəbəkəsi olaraq “Azərbaycan Kənd Qadınları Assosiasiyası” - AKQA yarandı.

-Kənd qadınları regionların inkişafı üçün nə kimi yardım göstərir?

-Azərbaycan kənd təsərrüfatı ölkəsidir, kənd təsərrüfatı iqtisadiyyatımızın əsas hissəsidir və strateji sahədir. Əmək qabiliyyətli yaş kateqoriyasına daxil olan kənd qadınlarının 43 faizi təsərrüfatla məşğuldur və bu qadınların böyük əksəriyyətinin dolanışığı da elə torpaqdan-təsərrüfatdan çıxır. Qadınlar təsərrüfat və emal ilə yanaşı, qeyri-təsərrüfat biznesləri ilə də məşğul olur. Belə ki, təsərrüfat işləri fəsli xarakter daşıdığı üçün meyvə-tərəvəz, barama, taxılçılıq, pambıqçılıq və s. ilə yanaşı həm də tikiş, çörək-şirniyyat, xalçaçılıq, xidmət (kafe, gözəllik salonu) bizneslərində də uğur qazanıblar.

Biz Assosiasiya olaraq kənd qadınlarının təşkilatlanması, qrup olaraq daha çox istehsal etməsi, daha çox satması və daha çox qazanaraq ailə büdcəsinə dəstək verə bilməsi üçün dünya praktikasında sınanmış “Qadın özünə-kömək qrupu” modelini ölkəmizdə tətbiq etdik. Bu kollektiv qadın biznesləridir ki, hazırda bu model altında yaratdığımız 56 Qadın İnkişaf və Müəssisə Qrupu toplam 230 biznesin sahibi və menecerləridir. İndi kənd qadınları kollektiv olaraq yüz tonlarla tərəvəz, meyvə, taxıl, pambıq, heyvandarlıq məhsulları, çörək-şirniyyat və sair istehsal edir, emal edir, onun satışını təşkil edir, həm öz ailəsinə, həm də regionlarımızın inkişafına böyük dəstək göstərmiş olur.

-Sizin Assosiasiyaya üzv olan qadınların sayı barədə nə deyə bilərsiniz?

-Bizdə üzvlük məsələsi digər assosiasiyalardan fərqlidir. Biz üzvləri özümüz hazırlayırıq, sonra assosiasiyaya qəbul edirik. Müxtəlif rayonların kəndlərində yaşayan qadınlar sosial şəbəkələr vasitəsilə və ya digər fəaliyyətdə olan Qadın Qruplarınin vasitəsilə bizə müraciət edir, biz onlarla görüşürük. “Qadın özünə-kömək qrupu” modelinin müxtəlif təşkilatlanma prosedurlarından sonra Qadın İnkişaf və Müəssisə Qrupu yaranır, 2-3 ay sınaq müddətindən sonra həmin qrupu assosiasiyaya üzv qəbul edirik. Belə qrupların kənddə həm sosial, həm də iqtisadi fəaliyyətləri var. Qadın qrupları kənddə kimsəsiz, xəstə və yaşlı adamlara baş çəkir, onlara qayğı göstərir, şəhid ailələrini ünsiyyətdə saxlayır, kənddə erkən nikah, məişət zorakılığı, ətraf mühitin qorunması və bu kimi məsələlərlə yanaşı icmanın ümumi problemlərinə də öz töhfələrini verirlər. Məsələn Bərdə rayonunun Böyük Göyüşlü kəndində fəaliyyət göstərən, əsasən tərəvəzçiliklə məşğul olan “Fatimə” Qadın Qrupu keçən il məhsul yığımından sonra kəndin illərlə həll oluna bilməyən “suvarma suyu” problemini həll etdi. Mövsümdə 630 ton tərəvəz becərən bu qrup özünün satışdan gələn vəsaiti hesabına kəndə suvarma suyu çəkdi. İcmanın problemlərinə töhfə vermək qadınların kənddə nüfuzunu artırır və çox stereotipləri qırır. Qadın Qrupları kəndlərdə zibil tullantılarının daşınması, qadın və uşaqların tibbi müayinəsi, içməli su sərfiyyatının tənzimlənməsi, qadınların rəqəmsal bacarıqlarının artırılması kimi kampaniyalar keçirir. Hansı kənddə Qadın Qrupu varsa onlar kəndin problemlərinin həllində mühüm töhfə verir.

-Hazırda fermer qadınlar daha çox hansı bölgələrdə fəaliyyət göstərirlər?

-Fermer qadın deyəndə torpağı olan qadınlar nəzərdə tutulur. Onlar Azərbaycanın bütün bölgələrində var. Torpaq istifadəçisi qadınlar da var, bunlar torpağı olmayan və onu icarəyə götürüb becərən qadınlardır. Ölkəmizdə 80 min fermer qadın fəaliyyət göstərir, iki o qədər də torpaq istifadəçiləri var. Təbii ki, kənd təsərrüfatına yararlı torpaqları çox olan Ağdam, Bərdə, Goranboy, Tovuz və digər rayonlarda fermer qadınların sayı daha çoxdur, dağlıq rayonlarda isə artıq heyvandarlıq üstünlük təşkil edir.

-Assosiasiyanın reallaşdırdığı layihələr barədə nə deyə bilərsiniz?

-Bizim çox böyük, əhatəli və zaman məhdudiyyəti olmayan bir layihəmiz var ki, bu “Qadın Özünə-kömək Qrupu” modeli altında kollektiv qadın bizneslərinin yaradılması, onların bacarıqlarının artırılması və təşkilatlanaraq İstehsal-İstehlak Qadın Kooperativlərinə çevrilməsidir. Assosiasiya tərəfindən ölkənin 23 rayonunda yaradılmış 56 Qadın İnkişaf və Müəssisə Qrupunun 12-si artıq Qadın Kooperativi olaraq fəaliyyət göstərir. Qadın Qruplarının və Qadın Kooperativlərinin inkişaf etdirilməsi üçün QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kiçik qrantlarına müraciət edərək bir neçə kiçik layihələr də həyata keçirmişik.

-Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən qadınlara nə tövsiyələriniz var?

-Qadınların bacarmadığı iş yoxdur!

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Ordumuzun ən müasir silah sistemləri ilə təchizatına xüsusi əhəmiyyət veririk

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

® “Azəriqaz” abonentləri müqavilələri “SİMA” ilə rəqəmsal imzalayacaq

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

Ekspert: Azərbaycan regional bağlantı və investisiya mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır

Nazir: Gələcəyin müdafiə sənayesi zavodlarla yanaşı, universitetlərdə və tədqiqat mərkəzlərində qurulur

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Vüqar Mustafayev: Təhlükəsizlik bilik, mühəndislik qabiliyyəti və istehsal gücü üzərində formalaşır

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına

“Neftçi” basketbol klubu Avropa Kubokunda cavab oyununa çıxır

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Hikmət Babaoğlu: Xaqani Şirvaninin 900 illiyi böyük şairin irsini yenidən kəşf etmək imkanıdır

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır