Güləş üzrə Azərbaycan çempionu: Ən böyük arzum Olimpiya Oyunlarının qalibi olmaqdır
Bakı, 19 dekabr, AZƏRTAC
Azərbaycan çempionatındakı rəqiblərim çox güclü idi. Buna baxmayaraq, çempion olmağı bacardım.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan çempionatında yunan-Roma güləşçilərinin mübarizəsində 55 kiloqram çəki dərəcəsində qalib gələn Ziya Zeynalov deyib.
İdmanın bu növü ilə on bir ildir məşğul olduğunu vurğulayan ölkə çempionu qeyd edib: “Ən çətin döyüşüm turnirdəki final qarşılaşması idi. Görüş çox gərgin oldu. Əsas məqsədim qızıl medal qazanmaq idi. Var gücümlə hücuma atıldım və istəyimə nail olum. Ən böyük arzum Olimpiya Oyunlarının qalibi olmaqdır. Üzərimdə əzmlə çalışıb, məşqçilərimin tapşırıqlarını yerinə yetirməklə bu istəyimə də nail olacağıma inanıram”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:28]
Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]