GÜLƏŞ ÜZRƏ BAKI BİRİNCİLİYİNİN QALİBLƏRİ MƏLUMDUR
AZƏRTAC xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşəbbüsü ilə Maştağa Olimpiya İdman Kompleksində 1994-1995-ci il təvəllüdlü gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə paytaxt birinciliyinə yekun vurulmuşdur.
Turnirdə 10 çəki dərəcəsi üzrə 250-dən çox idmançı mübarizə aparmışdır.
Yunan-Roma güləşi üzrə yarışlarda Elgiz Atakişiyev (32 kq), Murad Bazarov (35 kq), Qubad Həmidov (38 kq), Sakin Quliyev (42 kq), Elvin Əliyev (47 kq), Rauf Ələkbərli (53 kq), Kamil İmanov (59 kq), Cavid Nəfəsov (66 kq), Kamran Babayev (73 kq) və Vüqar Ramazanov (85 kq) birincilik qazanaraq respublika çempionatına vəsiqə əldə etmişlər.
Sərbəst güləşçilərin mübarizəsində isə Coşqun Məmmədov (32 kq), Vurğun Əliyev (35 kq), Asif Nuriyev (38 kq), Mircəlal Həsənzadə (42 kq), Nicat Kərəmov (47 kq), Seyfəddin Şirəliyev (53 kq), Vüsal Sadıqov (59 kq), İlkin Abbasov (66 kq), Pərviz Axundov (73 kq) və Aqşin Məmmədov (85 kq) birinci yerə yüksəlmişlər.
Qaliblərə fəxri fərman və qiymətli hədiyyələr təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:58]
Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub
- 12.10.2026 [15:28]
Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 3 medal qazanıblar
- 12.10.2026 [15:09]
Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata layiq görülüb
- 12.10.2026 [15:03]
Azərbaycanın voleybol millisi Türkiyə toplanışını başa vurub
- 12.10.2026 [14:43]
Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib
- 12.10.2026 [14:27]