GÜLƏŞ ÜZRƏ ÖLKƏ ÇEMPİONATI KEÇİRİLƏCƏKDİR
Ölkəmizin müxtəlif regionlarından, ümumilikdə, 250-yə yaxın pəhləvanın 8 çəki dərəcəsində mübarizə aparacağı yarışları milli yığma komandaların baş məşqçiləri özləri - sərbəst güləş üzrə Aslan Ağayev, yunan-Roma güləşi üzrə Elçin Cəfərov idarə edəcəklər. Bundan məqsəd ən güclüləri obyektiv şəkildə aşkarlamaq və gələcəkdə milli yığma komandaların heyətinə cəlb edərək, beynəlxalq idman tədbirlərinə hazırlamaqdır.
Ölkə çempionu tituluna yenidən sahib olmaq uğrunda tanınmış pəhləvanlarımız - sərbəst güləş üzrə dünya kubokunun sahibi, olimpiya çempionu Namiq Abdullayev (55 kq), dünya kubokunun sahibi Elşad Allahverdiyev (74 kq) və Avropa çempionatının gümüş mükafatçısı Elman Əsgərov (66 kq), yunan-Roma güləşi üzrə olimpiya çempionu Fərid Mansurov (66 kq), Avropa çempionu Vitali Rəhimov (60 kq) da mübarizəyə qatılacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]
Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür
- 30.09.2026 [09:55]
® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır
- 30.09.2026 [09:34]