Güləşçilərimiz Türkiyədə təlim-məşq toplanışında iştirak edirlər
Bakı, 28 aprel, AZƏRTAC
Yunan-Roma, sərbəst və qadın güləşi üzrə U-20 yığmalarımız ölkə xaricində təlim-məşq toplanışı keçirlər.
AZƏRTAC Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, hər 3 komandamız aprelin 26-dan Türkiyədə hazırlıq prosesinə start verib. İkihəftəlik toplanış iyunun 27-dən iyulun 3-dək İtaliyanın paytaxtı Romada təşkil olunacaq U-20 Avropa çempionatına hazırlıq xarakteri daşıyır.
Yunan-Roma güləşçilərimiz böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında Boluda hazırlıq keçir. Heyətdə 15 idmançı yer alıb.
Sərbəst güləşçilərimiz böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında İstanbulda məşqləri davam etdirir. Hazırlıq prosesinə 13 idmançı cəlb olunub.
Qadın güləşçilərimiz isə böyük məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Niğdədə toplanış keçir. Heyətdə 9 idmançı yer alıb.
Qeyd edək ki, Türkiyə milliləri ilə ortaq keçirilən təlim-məşq toplanışı yekunlaşdıqdan sonra yığmalarımız mayın 13-dən 15-dək Antalyada baş tutacaq “Çempionlar” turnirində çıxış edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [20:43]
Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb
- 14.06.2026 [18:37]
Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib
- 14.06.2026 [18:27]
“Gimnastika hamı üçün” festivalı başa çatıb
- 14.06.2026 [18:21]
Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır
- 14.06.2026 [12:04]
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar
- 14.06.2026 [09:58]
Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb
- 14.06.2026 [04:08]
Dünya çempionatı: Braziliya millisi xal itirib
- 14.06.2026 [03:09]
Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb
- 14.06.2026 [01:46]
İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:56]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [23:24]
Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO
- 13.06.2026 [23:15]
Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub
- 13.06.2026 [22:37]
Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?
- 13.06.2026 [22:26]
15 İyun xalqın strateji seçimi idi – ŞƏRH
- 13.06.2026 [22:21]
Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub
- 13.06.2026 [22:01]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [21:25]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [21:11]
Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar
- 13.06.2026 [20:36]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [20:21]
Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub
- 13.06.2026 [20:16]
Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb
- 13.06.2026 [20:11]
Bu saata olan əsas xəbərlər
- 13.06.2026 [20:00]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [19:59]