Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gülgəz nənənin şalı, balaca Şəhriyarın çəkmələri, kahalara dağılmış qab-qacaq...

Kəlbəcərin Başlıbel kəndinin sakinləri 28 ildən sonra ilk dəfə doğma yurdu ziyarət ediblər

Bakı, 25 aprel, AZƏRTAC

Nə kənd həmin kənd deyildi, nə onların qoyub gəldiyi doğma yerlər... Abad kənd indi tam sakit və kimsəsiz görünürdü. Bir evin üstündə belə dam örtüyü qalmamışdı. Hər yerdə uçuq-sökük divarlar, yandırılmış evlər...

Təkcə “Portda” kahası onların izlərini saxlamışdı. 1993-cü ilin aprelində erməni hərbi birləşmələri Kəlbəcəri işğal edərkən Başlıbel kəndinin ərazidən çıxmağa imkan tapmayan 62 sakinin sığındığı kahalar...

Onların arasında 8 uşaq, 24 qadın, 15 qoca var idi. Eyni tale ilə üzləşən Laçın rayonundan gələn 9 hərbçi və 4 nəfərdən ibarət Əsgərovlar ailəsi də onlara qoşulmuşdu.

AZƏRTAC xəbər verir ki, Qarabağ müharibəsinin ən dəhşətli səhifələrindən biri olan Başlıbel faciəsinin şahidləri və kəndin bir neçə sakini 28 ildən sonra ilk dəfə olaraq doğma yurdu ziyarət ediblər.

Burada izləri qalan əşyalar kahalarda yaşanan məşum və dəhşətli mühasirə günlərini xatırladır...

Budur, Gülgəz nənənin şalı, balaca Şəhriyarın çəkmələri, əsgər papaqları, yataq dəstləri, çaydan, qazança, patron gilizləri həmin dəhşətli və unudulmaz günlərin yadigarı kimi “Qayabaşı” adlanan ərazidəki kahalarda hələ də durur. Vedrələr, qazanlar, çaydan, qəndqabı, stəkan-nəlbəki, müxtəlif həcmli su qabları və şüşə balonlar, 20 litrlik neft bidonu, “maşinka” adlandırdığımız, neftlə işləyən qızdırıcı, qadın və uşaq geyimləri, ayaqqabılar, yorğan-döşəklər, mühasirədə qalanların yeganə informasiya mənbəyi olan radioqəbuledicinin akkumulyatoru... Qab-qacaqların, demək olar ki, hamısında düşmən güllələrinin izləri var. Yorğan-döşəklər cırılıb, didilib, yun kahaların içərisinə dağılıb...

Həmin vaxt Kəlbəcər rayonun ən böyük və ən ucqar kəndi olan Başlıbeldə sakinlərin bir hissəsi ermənilərin ətraf kəndləri işğal etməsindən gec xəbər tutaraq mühasirəyə düşüblər. Mühasirədən xilas olmağa başqa yol qalmadığından dörd aya yaxın kahalarda yaşamağa məcbur olublar...

Aprelin 18-də onların yerini öyrənən ermənilər hərbi texnika və iri çaplı silahlardan istifadə etməklə kahaları gecə yarısınadək atəşə tutublar. O gecə kahada yaşayanlardan 19 nəfər şəhid olub. Gecə yarısı başlayan dəhşətli şaxta və çovğuna dözə bilməyən erməni quldurları kahaya sığınanları hamılıqla qətlə yetirdiklərini güman edib ərazidən uzaqlaşıblar.

Hadisədən 24 gün sonra qətlə yetirilən doğmalarını dəfn etmək üçün geri qayıdaraq şəhidləri “Portda” kahasından bir qədər aralıda el adəti ilə dəfn ediblər. Yaralananlar və sağ qalanlar bir müddət kənddən xeyli aralıda olan “Nəbinin kahası”na, sonra “Barıtlı” kahaya sığınaraq mühasirə həyatını yaşamağa davam ediblər. Onlar Dəlidağın soyuq və qarlı qışında dəfələrlə düşmən hərbçiləri ilə üz-üzə gəliblər və günlərlə ac-susuz qalıblar. 113 gün çətin və məhrumiyyətlərlə dolu mühasirə həyatı yaşadıqdan sonra iyulun 17-də özlərinə sığınacaq seçdikləri kahaları tərk edərək Daşkəsən istiqamətində yola düşdülər. Çox böyük əzab-əziyyət bahasına gizli yollarla 7 gün yol gedəndən sonra Daşkəsənin Zivlən kəndinə yetişiblər.

Ötən il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi Başlıbel faciəsinin 28-ci ildönümünü ilk dəfə olaraq məhz bu qətliamın törədildiyi ərazidə qeyd olunmasına imkan yaradıb. Bu münasibətlə həmin hadisənin şahidləri Mahir Cəfərov, İsmət Əzizov, şəhid ailəsinin üzvü Zülfüqar Hüseynzadə, kəndin mollası Natiq Salahov, araşdırmaçı jurnalist, Başlıbel faciəsindən bəhs edən “Qanlı kaha” kitabının müəllifi Elxan Salahov doğma kəndə baş çəkiblər. Onlar 28 il əvvəl Başlıbeldə törədilən qətliam zamanı həlak olmuş faciə qurbanlarının məzarına ilk dəfə gül-çiçək qoyub, dualar oxuyub, fatihələr veriblər.

Doğma kəndin ziyarətindən qayıdan Mahir Cəfərov ağrılı-acılı, eyni zamanda xoş təəssüratlarını bizimlə bölüşüb: “Başlıbel faciəsinin qurbanlarını hadisənin baş verdiyi ərazidə yad etdiyimiz üçün çox xoşbəxtik. Amma bu xoşbəxtliyin içərisində çox böyük bir kədər də var. Ən böyük kədər odur ki, cəmi 29 nəfəri sağ-salamat qaytara bildik. Təəssüf ki, kənddə olduğumuz günlərdə ermənilərin öz evi qarşısında işgəncələrlə qətlə yetirdiyi Qənaət Ağamirovun, yataq xəstəsi olan 102 yaşlı Pəri Salahovanın, kolxozun inzibati binasında diri-diri yandırılan Hüseyn Hüseynovun, doğma yerləri tərk etməyərək kahada qalan 93 yaşlı Ələsgər babanın meyitinin sümüklərini, izlərini tapa bilmədik...”

Başlıbel kənd sakini, “Qanlı kaha” kitabının müəllifi Elxan Salahov isə bunları əlavə edib: “Kəlbəcərə üç günlük səfər, Başlıbel kəndində gördüklərim hələ də mənə yuxu kimi gəlir. Bu qədər uzun fasilədən sonra düşmənin viran qoyduğu kəndimizi, vəhşicəsinə dağıdılmış, təhqir edilmiş qəbiristanlığı, 28 il əvvəl qətliamın törədildiyi kahaları, mühasirədə qalmış həmkəndlilərimin 113 gün ərzində sığındığı yerləri və həmin ərazilərdə faciənin izlərini görmək çox ağırdır. Amma bu ağrı-acının içində qəribə bir sevinc hissi də var idi, 28 illik həsrətdən sonra ayaq tutub yeridiyin, havasını udub, suyunu içdiyin, hər qarışı sənə ana qucağı kimi məhrəm olan doğma yurda qovuşmaq başqa bir hissdir. İnanılmaz arzuları gerçəkləşdirdiyinə görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Milli Ordunun hər bir döyüşçü və zabitinə çox böyük təşəkkür edirik”.

...Mühasirədə yaşayanlar həmin günlərdə dağların-daşların, qayaların sinəsinə öz adlarını həkk etmişdilər ki, nə vaxtsa ora qayıdanlar onlardan soraq tuta bilsinlər. Zaman gəldi ki, özləri qayıtdılar....

 
Ceyhun Alışlı,
AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH