GÜMRÜDƏN BATUMİYƏ 80 NƏFƏR ƏSGƏR GƏTİRİLMİŞDİR
Rusiyanın Qafqazda böyük hərbi bazalarından birinin yerləşdiyi Ermənistanın Gümrü şəhərindən Gürcüstanın Batumi şəhərinə martın 12-də xüsusi qatarla 80 nəfər əsgər gətirilmişdir. Yerli ekspertlər bunu Gürcüstanda Mərkəzlə Acarıstan Muxtar Respublikası arasında son vaxtlar münasibətlərin yenidən gərginləşməsi ilə əlaqələndirirlər. Son vaxtlar Gürcüstanda yerləşən Rusiya hərbi bazalarında müqavilə əsasında çalışan gürcü hərbçilərin başqa bölgələrdəki hərbi hissələrdə xidmətə göndərildiklərinə dair məlumat da yayılmışdır.