Gürcü saytları AZƏRTAC-ın Azərbaycan-Gürcüstan əlaqələrinə dair məqaləsini yayıb
Tbilisi, 9 oktyabr, AZƏRTAC
Gürcüstanın qafqazturk.com və realnews.ge xəbər portalları AZƏRTAC-ın Azərbaycan-Gürcüstan münasibətlərinə dair məqaləsini yayıb.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan-Gürcüstan münasibətləri yeni əməkdaşlıq sahələrinin yaranması ilə daha da genişlənir” sərlövhəli məqalədə iki ölkə arasında münasibətlərin tarixinə nəzər salınır, həyata keçirilən layihələr sayəsində əlaqələrin daha da möhkəmləndiyi qeyd olunur. Eyni zamanda, vurğulanır ki, son illər Azərbaycanın artan iqtisadi imkanları, yerləşdiyi əlverişli coğrafi mövqeyindən maksimum şəkildə səmərəli faydalanmaq bacarığı, beynəlxalq aləmə inteqrasiyası onun qonşuları ilə münasibətlərinə də müsbət təsir göstərib.
Yazıda Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlərin xüsusi əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb, eləcə də iki ölkə arasında ayrı-ayrı sahələr üzrə əlaqələrin inkişaf dinamikası faktlarla göstərilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi