Gürcüstan COVID-19-a qarşı Çin istehsalı olan peyvənd almaq niyyətindədir
Tbilisi, 11 yanvar, AZƏRTAC
Gürcüstan koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində Çin istehsalı olan peyvənd almaq niyyətindədir.
AZƏRTAC-ın Gürcüstan müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Səhiyyə Nazirliyinin Yoluxucu Xəstəliklər və QİÇS Mərkəzinin baş direktoru Tengiz Tsertsivadze televiziyadakı çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, Çində COVID-19-a qarşı peyvəndin beş növü var və Gürcüstan onlardan birini almağı planlaşdırır.
Mərkəzin rəhbəri deyib: “Dünyada Çin peyvəndinin reytinqi kifayət qədər yüksəkdir. Çin peyvəndi yüksək etibarlılığa sahibdir. Eyni zamanda, çinli mütəxəssislər virusun strukturunu və mənşəyini daha yaxşı bilirlər”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]