Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi qərar qəbuletmə səlahiyyətinin müddəti artırıla bilər
Tbilisi, 15 dekabr, AZƏRTAC
Gürcüstan hökumətinin koronavirus pandemiyası dövründə fövqəladə vəziyyət elan etmədən məhdudiyyətlər tətbiq etmək səlahiyyətinin müddəti 6 ay artırıla bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında parlamentin səhiyyə komitəsinin sədri Dmitri Xundadze məlumat verib.
Onun sözlərinə görə, bununla bağlı yeni qanun layihəsi hazırlanıb.
Komitə sədri bildirib ki, “İctimai sağlamlıq haqqında” Qanuna edilmiş düzəlişlər hökumətə koronavirusun səbəb olduğu ziyanın qarşısını almağa imkan verir. Bu düzəlişlərin vaxtı yanvarın 1-də başa çatır. Həmin düzəlişin müddəti daha 6 ay uzadıla bilər.
“Lakin ümid edirik ki, gələcəkdə düzəlişlərin qüvvədə qalma müddətinin uzadılmasına ehtiyac olmayacaq. İnanırıq ki, 6 ay müddətində COVID-19-a qarşı peyvəndi Gürcüstan üçün əlçatan olacaq”, - deyə D.Xundadze vurğulayıb.
Qeyd edək ki, bu ilin iyulunda adıçəkilən qanuna edilən düzəlişlərlə Gürcüstan hökumətinə 2021-ci ilin yanvarın 1-dək ölkə ərazisində fövqəladə vəziyyət tətbiq etmədən məhdudlaşdırıcı tədbirlər həyata keçirmək səlahiyyəti verilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]
İqlim dəyişikliyinin sərt reallığı Avropa iqtisadiyyatına necə təsir edib?
- 10.08.2026 [13:07]
Almaniya əhalisinin tərkibində gənclərin payı tarixi minimuma enib
- 10.08.2026 [13:05]
Türkiyədə 132 qeyri-qanuni miqrant saxlanılıb
- 10.08.2026 [12:49]
Misirdə eramızdan əvvəl IV minilliyə aid yaşayış məskəni və qəbirlər tapılıb
- 10.08.2026 [11:59]
Nijnekamsk şəhərində ölənlərin sayı 12 nəfərə çatıb – YENİLƏNİB
- 10.08.2026 [11:40]
Dünya ictimaiyyəti avqustun 10-da üç beynəlxalq günü qeyd edir
- 10.08.2026 [10:58]
Qərbi Avropada iyun və iyul ayları rekord istilərlə yadda qalıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
- 09.08.2026 [22:39]
Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib
- 09.08.2026 [22:27]
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar
- 09.08.2026 [22:00]
Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır
- 09.08.2026 [21:55]