Gürcüstan Müdafiə Nazirliyinin xərcləri 75 milyon lari azaldılıb
Tbilisi, 10 iyun, AZƏRTAC
Gürcüstan Müdafiə Nazirliyinin xərcləri 75 milyon lari azaldılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstan parlamentinin Müdafiə və təhlükəsizlik komitəsinin sədri İrakli Sesiaşvili məlumat verib.
Onun sözlərinə görə, azaldılan xərclərin 30 milyon larisi beynəlxalq müqavilələrlə bağlıdır. Bu müqavilələr çərçivəsində Fransa Gürcüstana 30 milyon lari dəyərində hərbi təyinatlı məhsullar verməli idi. Amma koronavirus pandemiyası səbəbindən həmin məhsulların Gürcüstana çatdırılması təxirə salınıb.
İ.Sesiaşvili deyib ki, bu məsələ gələn ilin büdcəsində əksini tapacaq.
Qeyd edək ki, Fransadan hərbi sənaye məhsullarının alınması ilə bağlı müqavilə Gürcüstanın Müdafiə naziri xanım Tinatin Xidaşelinin vaxtında imzalanıb. T.Xidaşeli 2015-ci il mayın 2-dən 2016-cı il iyulun 28-dək Gürcüstanın Müdafiə naziri olub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]
Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb
- 09.10.2026 [11:06]