Gürcüstan parlamenti azad ticarət zonalarının fəaliyyəti ilə bağlı qanunvericiliyə dəyişikliklər edib
Tbilisi, 17 dekabr, AZƏRTAC
Gürcüstan Parlamenti azad ticarət zonalarının fəaliyyəti ilə bağlı qanunvericiliyə bir sıra əlavələr və dəyişikliklər edib.
AZƏRTAC xəbər verir ki, dəyişikliyə əsasən, ölkə sərhədində yerləşməyən “Duty Free”in fəaliyyəti 2028-ci il yanvarın 1-dək uzadılacaq.
Mövcud qanunvericiliyə əsasən, sərhəd zonasında yerləşməyən azad ticarət məntəqəsi 2026-cı il yanvarın 1-dək fəaliyyət göstərə bilər.
Parlamemetin iqtisadi siyasət komitəsinin sədri Şota Berekaşvili bildirib ki, oxşar sərbəst ticarət məntəqələri Tbilisi və Batumidə fəaliyyət göstərirdi, lakin hazırda yalnız Tbilisi məntəqəsi fəaliyyət göstərir. Müvafiq olaraq, qeyd olunan məntəqənin xarici diplomatik nümayəndəliklərə və onlara bərabər tutulan nümayəndəliklərə (eləcə də onlarla birlikdə yaşayan ailə üzvlərinə) mal satmaq imkanını qoruyub saxlaması üçün qeyd olunan müddəti 1 yanvar 2028-ci ilə qədər uzadılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [14:41]
Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir
- 10.08.2026 [14:13]
La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]
İqlim dəyişikliyinin sərt reallığı Avropa iqtisadiyyatına necə təsir edib?
- 10.08.2026 [13:07]
Almaniya əhalisinin tərkibində gənclərin payı tarixi minimuma enib
- 10.08.2026 [13:05]
Türkiyədə 132 qeyri-qanuni miqrant saxlanılıb
- 10.08.2026 [12:49]