Gürcüstan parlamenti müxalif partiyanın deputatlarının mandatlarını ləğv edib
Tbilisi, 2 iyul, AZƏRTAC
İyulun 2-də Gürcüstan parlamentinin növbədənkənar sessiyasında Qaxariyanın "Gürcüstan naminə” partiyasının deputatlarının mandatlarına xitam verilib.
AZƏRTAC xəbər verir ki, üzrlü səbəb olmadan iclaslara gəlmədiklərinə görə partiyanın deputatları Giorgi Qaxariya, Teona Akubardia, Anna Buçukuri, Levan Qoqiçaişvili, Zaza Tavadze, Beka Liluaşvili, Natia Mezvrişvili, Berdiya Siçinava, Kaxa Kemoklimitli, T.Kemoklimitli və Zviad Dzidziqurinin mandatları ləğv edilib.
Hazırda 150 deputatdan ibarət 11-ci çağırış parlament 89 deputatla təmsil olunur. Ümumilikdə 11-ci çağırış parlamentdə 61 deputatın mandatına xitam verilib.
Qeyd edək ki, digər müxalifət partiyalarından fərqli olaraq, Giorgi Qaxariyanın siyasi birliyi seçki siyahısını geri götürməyib. Bu o deməkdir ki, parlamentin gündəliyinə seçki siyahısında növbəti 12 nəfərin səlahiyyətlərinin tanınması məsələsi daxil ediləcək.
Bundan başqa, “Gürcüstan naminə” partiyası qarşıdakı 6 ay ərzində büdcədən maliyyə vəsaiti almayacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:41]
Futbol üzrə dünya çempionatının Somalidən olan hakimi ABŞ-yə buraxılmayıb
- 09.06.2026 [11:31]
Odessa sahillərində 15 ölü delfin aşkarlanıb
- 09.06.2026 [11:26]
Çində avtomobil satışları kəskin azalıb
- 09.06.2026 [11:21]
Qəzza zolağına keçid məntəqələrinin fəaliyyəti bərpa olunub
- 09.06.2026 [11:04]
İrakli Kobaxidze: Gürcüstan bu gün Azərbaycanla misilsiz əlaqələrə malikdir
- 09.06.2026 [11:04]
Fransada dəmiryol işçiləri tətilə hazırlaşırlar
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [22:00]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [21:44]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [20:53]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [20:40]
Bu saata olan əsas xəbərlər
- 08.06.2026 [20:00]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [19:09]
Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub
- 08.06.2026 [18:43]