GÜRCÜSTAN PREZİDENTİ EHTİYATDA OLAN HƏRBÇİLƏRLƏ GÖRÜŞMÜŞDÜR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstanda “Məxməri inqilab”dan sonra ehtiyat hərbçilərin hazırlanmasına diqqət artmışdır. Gürcüstan Prezidenti Mixail Saakaşvili Qori rayonunun Dzevera kəndində yerləşən hərbi hissədə təlim keçən 350 nəfər ehtiyat hərbçi ilə görüşmüşdür. O demişdir ki, Gürcüstana müharibə üçün deyil, sülhü bərqərar etmək üçün Silahlı Qüvvələr lazımdır. Biz heç kəsi hədələmirik. Zəif, alçaldılmış və məhv edilmiş Gürcüstan həm özü, həm də qonşu ölkələr üçün təhlükə törədir. Əksinə, güclü, özünə əmin olan, öz ərazisində qayda-qanun yaradan Gürcüstan bütün ölkələr, o cümlədən qonşular üçün ən yaxşı tərəfdaşdır. Əgər Gürcüstan əsil sülh istəyirsə, güclü olmalıdır.
Dövlət başçısı öz çıxışında Gürcüstan Müdafiə Nazirliyinin ehtiyatda olanların hazırlanması proqramının təkmilləşdirilməsində iştirak edən ABŞ-ın Corciya ştatı Milli Qvardiyasının mütəxəssislərinə təşəkkür etmişdir.
Xatırladaq ki, 2005-ci ilin sonunadək Gürcüstanda 20 min nəfər ehtiyat hərbçi hazırlıq keçəcək, onların hamısına peycer paylanacaqdır.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]