Gürcüstanda ali məktəblərə qəbul olan etnik azlıqların sayı 6 dəfədən çox artıb
Tbilisi, 31 may, AZƏRTAC
Son illər ərzində Gürcüstanda etnik azlıqların ali məktəblərə qəbul statistikasında artım müşahidə olunur. 2012-ci ildə 250 şagird ali məktəbə qəbul olunmuşdursa, bu gün onların sayı ən azı 6 dəfə artıb.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət naziri Ketevan Tsxelaşvili söyləyib.
Onun sözlərinə görə, ali məktəblərə qəbul olunan etnik azlıqlar içərisində azərbaycanlılar üstünlük təşkil edir.
Azərbaycanlıların Gürcüstan hökumətinin təsis etdiyi "1+4 proqramı"ndan daha səmərəli istifadə etdiklərini vurğulayan nazir deyib: "Bu gün abituriyent və tələbələr üçün nəzərdə tutulan 1+4 və staj proqramlarını uğurla başa vuran 200-dən çox azərbaycanlı gənc var. Onlar istənilən dövlət, hökumət, eləcə də yerli özünüidarəetmə orqanlarında işləməyə tam hazırdırlar".
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [12:49]
Qərb bölgəsinin ədəbi irsi və Azərbaycan dili - elmi konfrans
- 18.06.2026 [12:31]
UNEC dünyanın ən yaxşı 634-cü universitetidir
- 18.06.2026 [11:53]
Təcrübə-Sənaye Zavodu Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunur
- 18.06.2026 [11:32]