GÜRCÜSTANDA CİNAYƏT HALLARININ SAYI AZALMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstan Baş Prokurorluğunun məlumatına görə, bu ilin birinci rübündə ötən ilin eyni dövründəkinə nisbətən cinayətkarlıq faktları 15,6 faiz azalmışdır.
Bu müddətdə 14.043 cinayət faktı qeydə alınmışdır ki, bunun da 35 faizi açılmışdır. Bu ilin yanvar-mart aylarında ağır cinayətlərin sayı 5.525-dən 4.035-ə düşmüşdür.
Bütün bunlarla yanaşı, Baş Prokurorluq həddi-büluğa çatmamışlar arasında cinayət hallarının artdığından narahatdır. Hesabatda göstərilir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin 1-ci rübündə cinayət halları azalsa da, həddi-büluğa çatmamışlar arasında cinayət törətmə faktları keçən ilin eyni dövründəkindən 20,6 faiz çox olmuşdur. Bu faktların əksəriyyətini oğurluq və quldurluq halları təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]