Gürcüstanda pandemiya dövründə ən yüksək sayda yoluxma qeydə alınıb
Tbilisi, 12 sentyabr, AZƏRTAC
Gürcüstanda koronovirus pandemiyası dövründə ilk dəfə ən yüksək sayda yoluxma qeydə alınıb.
Son 24 saat ərzində ölkədə 158 nəfərdə koronavirus aşkar olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi stopcov.ge saytında məlumat yerləşdirilib.
Bildirilir ki, bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 2075-ə çatıb. Virusdan sağalanların sayı isə 1363 nəfərdir.
Pandemiya qurbanlarının sayı 19-a çatıb.
Hazırda Gürcüstanda 5882 nəfər karantində, 390 nəfər isə stasionarda həkim nəzarəti altındadır.
Xarici ölkələrdən 41 Gürcüstan vətəndaşı müalicə üçün Tbilisiyə gətirilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:58]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]